Məhkəmə qərarları › İş №3(046)-827/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-827/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-827/2024 23.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay rayonu Bəydövül kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Göyçay rayon Prokurorluğundan daxil olmuş materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir ona görə ki, Şəxs 01 iyul 2024-cü il tarixdə saat 09 radələrində Göyçay rayonu, Bəydövül kəndində yerləşən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus evdə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus ev əşyalarını və qab-qacaqları qəsdən sındırmaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 300 manat ziyan vurmuşdur. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf etməyərək göstərmişdir ki, 01 iyul 2024-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs1la sonuncunun yaşadığı Göyçay rayonu, Bəydövül kəndindəki evdə aralarında mübahisə yaranmış, mübahisə zamanı qardaşına məxsus ev əşyalarını sındırmamışdır. Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 01 iyul 2024-cü il tarixdə saat 09 radələrində Göyçay rayonu. Bəydövül kəndində yaşadığı evdə bacısı Şəxs ona və arvadı Zərərçəkmiş şəxs2 məxsus ev əşyaları və qab- qacaqları qəsdən sındıraraq ümumilikdə ona 300 manat məbləğində maddi ziyan vurmuşdur. Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 01 iyul 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı Göyçay rayonu, Bəydövül kəndində yaşadığı evdə baldızı Şəxs qardaşı Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı özünə və ərinə məxsus ev əşyalarını və qab-qacaqları qəsdən sındırmışdır.Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş Hadisə yerinə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ev əşyaları və qab-qacaqlar yararsız hala salınmışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş dəymiş ziyanın bir mislində inzibati cərimə tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsi ilə təqsirli bilinib, ona 300 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar