Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-829/2023 28.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyatda və yaşayan X1 İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Göyçay Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir şəhər yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 xx.xx.2023-cü il tarixdə saat 10:30-da Mingəçevir şəhəri H.Əliyev prospektində idarə etdiyi “Vaz 2107” minik markalı **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobili narkotik sərxoşluğu vəziyyətində idarə etmişdir. Bu əməlinə görə X6 İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edilir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 ona istinad olunan İXM-nın 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlində özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, xx.xx.2023- cü il tarixdə təxminən saat 10:30 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində idarə etdiyi “Vaz 2107” minik markalı **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən yol patrul xidməti əməkdaşının işarəsinə uyğun avtomobili saxlamış və yol patrul xidməti əməkdaşı avtomobilin saxlanmasının səbəbi kimi onun sürət həddini aşmaqla yol hərəkəti qaydalarının pozduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı özünü təqdim edərək ondan avtomobilə aid sənədləri təqdim etməsini tələb etmişdir. Polis əməkdaşına sənədləri təqdim edərkən gözünün parlaq olması polis əməkdaşında narkotik vasitənin təsiri altında olmağı şübhəsi yaratmış, polis əməkdaşı ondan içki qəbul edib-etməməsini soruşmuş, polis əməkdaşına dünən gecə içki qəbul etməsini demiş, alkotesterlə müayinədən keçərkən sərxoşluğu müəyyən edilmədiyi üçün onu sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməsi məqsədilə, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının narkoloji kabinetinə dəvət etmişdir. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının narkoloji kabinetində o tibb işçisi tərəfindən müayinə olunmuş və bunun nəticəsi olaraq onun sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akt tərtib olunmuşdur. Dispanserdə ondan analiz götürülmüş və nəticədə marixuanadan istifadə etdiyini müəyyən edilmişdir. Həmin narkotik vasitəni saxlanılmamışdan təxmini 20 gün əvvəll toyda olarkən qəbul etmişdir. Hesab edir ki, onun əməlində İXM-nın 333-1. 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X1 orqanizmində xx.xx.2023-cü il tarixdə marixuana narkotik vasitə aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-nın 329.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, X2 məxsus “VAZ 2107” markalı, 10LJ511 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində duracağa yerləşdirilmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli aktda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 orqanizmində "maruxuana” növlü narkotik vasitə aşkar olunsa da, onun həmin narkotik vasitənin qəbulu nəticəsində sərxoş vəziyyətdə xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Vaz 2107”minik markalı **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsi rəydə öz əksini tapmamışdır. Belə ki, İXM-nın 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İstinad olunan maddənin dispozisiyasının hərfi mənasından aydın olur ki, həmin maddə ilə şəxsin məsuliyyəti məhz narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi halda yaranır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 münasibətdə belə hal istisna olunmuş, yəni o, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Vaz 2107” minik markalı **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən narkotik sərxoşluğu vəziyyətində olmamışdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda istinad olunan inzibati xətalar məcəlləsinin normalarının tələbləri baxımdan hesab edirəm ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən «avtomobili narkotik sərxoşluğu vəziyyətində idarə edilməsi» halı üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nın 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Buna görə də hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməllərində İXM-nın 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadıqda, həmin maddə ilə o inzibati məsuliyyətdən azad olunmalı və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128- 130- cu maddələrini rəhbər tutaraq qərara aldı: Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X1 əməllərində İXM- nın 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-829/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-829/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver