Məhkəmə qərarları › İş №3(046)-829/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-829/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-829/2024 30.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş X1 iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Göyçay rayonu Alxasava kəndinin bələdiyyə sədri vəzifəsində işləyən, Göyçay rayonu Alxasava kəndində yaşayan X4 barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarından görünür ki, Şəxs Beykes oğlu - Göyçay rayonu Alxasava bələdiyyəsinin sədri vəzifəsində işləyən - "Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014-cü İİ tarixli Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin, həmçinin “Yaşıllıqların mühafizəsi haqqında” Azerbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azerbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Fərmanının 3.2-ci bəndin, eləcə de Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı ile təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.5, 2.3-2.9 və 3.7-ci bəndlərinin tələblərinə əsasən, Göyçay rayonu Alxasava bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməli olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, bələdiyyənin balansında olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan melumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dek təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun ve monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu ve monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətalarını törətmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs X4 göstərmişdir ki, Göyçay rayon Alxasava kəndinin bələdiyyəsinin sədridir. Göyçay rayonu Alxasava bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi barədə məlumatları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmişdir. Buna səbəb isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ona bildirişin təqdim edilməməsi olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 217 nömrəli Qəran fe təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası’nın 1.5-cü bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır. Həmin Qaydaların 2.4-cü və 2.5ci bəndlərinə əsasən, istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanlan, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanlan tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 566 nömrəli qərarında nəzərdə tutulmuş qaydada aparılmalı, uçota alınan yaşıllıqlar barədə melumatlar hər il yanvarın 1-nə ümumiləşdirilməli və tərtib olunmuş hesabatlar fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda, yaşıllıqiann monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatlar isə hər il yanvarın 1-ne olan vəziyyətə ümumiləşdirilməli və uçot hesabatları ilə birlikdə yaşıllıqiann kadastnnı aparan orqana təqdim etməlidir. Azərbaycan Respublikası İXM-nin -253-1.1.1-ci maddəsinə əsasən mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına: -253-1.1.3. yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. X3 253-1.1.1 və 253-1.1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə X3 inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: X4 Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü -ci maddələri ilə təqsirli bilinib, ona 1000 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası X2 qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar