Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-833/2023 20.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Göyçay rayon Polis şöbəsinin İTB-nın sahə rəisi, polis mayoru X1, İnzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1980-cü il tarixdə Göyçay rayonunda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d ı̇ : Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mağazasının kənarında yerləşən qapısı açıq olan saxlanc yerinə daxil olaraq 100 manat dəyərində 01 ədəd samovarı və 01 ədəd hava nasosunu gizli yolla talamaşdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus mağazanın kənarında saxlanc yerinin qapısını açıq görmüş,içəri daxil olmuşdur. İçəridə 01 ədəd samovar və 01 ədəd hava nasosu olmuşdur. Başqa şəxslərin oğurlmamasın deyə 01 ədəd samovarı və 01 ədəd hava nasosunu özü ilə yaşadığı evə gətirmişdir. Niyyəti həmin əşyaları oğurlamaq olmamışdır. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində özünə məxsus ərzaq mağazasını yanında saxlanc yerindən xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Şəxs ona məxsus 01 ədəd samovarı və 01 ədəd hava nasosunu gizli yolla talamışdır. Hal-hazırda Şəxs ona dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. Buna görə də ondan şikayəti və tələbi yoxdurş Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən və onunla barışdığından Şəxs barəsində olan materiala xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən - xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən və barışdığından barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d ı̇ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-833/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-833/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver