Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-833/2025 02.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, 2-ci qrup X1, orta təhsilli, işsiz, Abşeron rayonu X2 Yaşayış kompleksi ev 57, mənzil 40-da yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə il tarixdə saat 11 radələrində Göyçay şəhəri Natəvan küçəsində idarə etdiyi VAZ 21150 minik markalı **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və narkotik vasitədən istifadə etməklə idarə etmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə il tarixdə saat 11 radələrində Göyçay şəhəri Natəvan küçəsində idarə etdiyi VAZ 21150 minik markalı **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və narkotik vasitədən istifadə etməklə idarə etmişdir. Buna səbəb isə Vətən Müharibəsindən sonra travmalar aldığından, dərmanlar qəbul edir, həmin dərmanların tərkibində narkotik vasitələrin hissəcikləri vardır. Buna görə də test zamanı bədəninin bioloji mühitindən narkotik vasitə çıxmışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3134 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitə olan marixuandan istifadə etmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, 2-ci qrup X1 olduğunu məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halı mövcüd olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərarverdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə təqsirli bilinib, ona 800 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-833/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-833/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver