Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-835/2025 11.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Göyçay rayonu Kürdəmiş kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 16 noyabr 2025-ci il tarixdə saat 21.00 radələrində Göyçay şəhəri, Nizami küçəsində hərəkətdə olan zaman idarə etdiyi özünə məxsus «Mercedes Benz E 230» minik markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu vaxt ara məsafəsi gözləməməsi səbəbindən ondan qarşıda hərəkətdə olan “Chevrolet Malibu” minik markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfindən vurmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində «“Chevrolet Malibu” minik markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. İnzibati xəta hadisəsinin olması 02 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 noyabr 2025-ci il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 16 noyabr 2025-ci il tarixdə saat 21.00 radələrində Göyçay şəhəri, Nizami küçəsində hərəkətdə olan zaman idarə etdiyi özünə məxsus «Mercedes Benz E 230» minik markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu vaxt qarşıda olan “Chevrolet Malibu” minik markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilini sola doğru çəkmiş və işıqlarını yandıraraq sola dönməyə hazırlaşmışdır. Bu zaman ara məsafəsini gözləmədiyi üçün idarə etdiyi avtomobili ilə həmin avtomobili arxa sağ tərəfindən vurmuşdur. Hadisə vaxtı “Chevrolet Malibu” minik markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişindən xəsarət alıb-almamasını soruşmuş, həmin avtomobildə olan sərnişin isə ona xəsarət almadığını bildirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs izahat verərk bildirdi ki, 16 noyabr 2025-ci il tarixdə saat 21.00 radələrində gəlini X3 məxsus “Chevrolet Malibu” minik markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobildə ilə qarşıda sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt gəlini Zibaxanım İmanova avtomobili idarə edərkən Göyçay şəhəri, Nizami küçəsində hərəkətdə olan zaman arxadan gələn avtomobil onun əyləşdiyi avtomobilə arxadan vurmuşdur. Hadisə vaxtı orada olan adamlar və Şəxs onlara yaxınlaşaraq xəsarət almaqları barədə soruşdular. Həmin vaxtı xəsarət almadıqlarını bildirmişlər. Hadisədən sonra o yaşadıqları evə getmiş və evdə olan zaman bədəninin sağ diz nahiyyəsində ağrısı olduğunu hiss etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 25 noyabr 2025-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göyçay RPŞ-nin DYPB-nə göndərilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 19 noyabr 2025-ci il tarixli, 557 saylı ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ bazu-çiyin və sağ diz oynaqlarında hərəkətlərin bir qədər məhdudluğu, yumşaq toxumaların şişkinləri fonunda bağların gərilməsi və əzilmələri küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri halı inkar edilmiş və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 344 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X1 müəyyən olunmamışdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 343 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sərxoşluq müəyyən olunmamışdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri,inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxsə qarşı tələbinin olmaması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının həddləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-835/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-835/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver