Məhkəmə qərarları › İş №3(046)-839/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-839/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-839/2023 29.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Göyçay rayonu 2-ci Ərəb kəndində, anadan olmuş, evli Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində, qeydiyyatda olan yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 03 (üç) ay müddət ərzində icra etməmişdir. Bununla da o, İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, hal-hazırda cəriməni ödəmək imkanı yoxdur. Növbəti ilin yanvar ayında hazırkı qərar və daha əvvəlki, inzibai tənbeh vermə haqqında qərarları icra edəcəyini bildirərək, məhkəmədən ona cərimənin ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Göyçay rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “VAZ 21154” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində tərtib edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2023-cü il tarixli, EQ 16639673 saylı qərarı müəyyən edilmiş 03 (üç) ay müddət ərzində icra etmədiyindən və bununla da İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16639673 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir; AsanPay X1 çıxarışıdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş cəriməni ödəmədiyinə görə üzərinə əlavə olaraq 30 (otuz) manat məbləğində dəbbə pulu hesablanmış və Şəxs ödəməli olduğu cərimənin ümumi məbləği 80(səksən) manat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, qərar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırması tənbeh növü təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngüləşdirən halın olmadığını və il ərzində yenidən eyni xarakterli xətanın törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 7 (yeddi) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən (10) on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova İş № 3(046)-839/2023 İnzibati xəta haqqında işlər üzrə məhkəmə iclasının protokolu Göyçay rayon Məhkəməsi 29 dekabr 2023-cü il Göyçay şəhəri Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 15:55-də başlanır. Hakim məhkəmə iclasını açır və baxılacağ işi elan edir. Hakimin göstərişi ilə məhkəmə iclas katibi məhkəməyə dəvət olunmuş şəxslərdən kimin iclasa gəlib-gəlməməsi barədə məlumat verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, inzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Hakim məhkəmə bildirişinin proses iştirakçılarına çatdırılmasının nəticələrini yoxlayır. Hakim yerində qısa müşavirə edib qərara alır: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakları olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilsin. Bundan sonra hakim inzibati xəta haqqında iş materialını araşdırır. Hakim qərar çıxarılması üçün müşavirə otağına gedir. Hakim müşavirə otağından qayıdır və qərarı oxuyub elan edir. Hakim qərardan şikayət verilməsi qaydasını izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə iclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Bununla da hakim məhkəmə iclasını saat 16:02-də bağlı elan edir. Protokol 29 dekabr 2023-cü il tarixdə tərtib olundu. Hakim: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar