Məhkəmə qərarları › İş №3(046)-840/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-840/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-840/2025 05.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolları üzrə materiala Göyçay şəhərində açıq əhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2025ci il tarixdə MN ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs vəsatət ilə müraciət edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolları və əlavə edilmiş sənədləri yaşadığı yer üzrə Ağcabədi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Rəhimov X1 rayonu Pərioğullar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılarkən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Göyçay rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati haqqında protokollar baxılması üçün Şəxs yaşadığı yer üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar