Məhkəmə qərarları › İş №3(046)-841/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-841/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-841/2024 19.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri şəhəri Ə.Kərim küçəsi ev 19da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə xx.xx.2024cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir, ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində və xx.xx.2024-cü il tarixdə saat 16 və 17 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində idarə etdiyi Hyundai Sonata markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobillə sveteforun qadağanedici işığının tələblərini pozmuş, 1.1 üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etmədən ötmə qaydalarını dəfələrlə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə qəza şəraiti yaratmışdır. Məhkəmədə barəsində inzibati xəta protokolu tərtib edilmiş, Şəxs özünü təqsirli bilmərəyək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində və xx.xx.2024-cü il tarixdə saat 16 və 17 radələrində özünə məxsus Hyundai Sonata markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobillə Göyçay şəhəri Ə.Kərim küçəsində hərəkətdə olarkən tələsdiyi üçün sveteforun qadağan edici işığının tələblərini pozmuşdur. Lakin heç bir xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta protokolunu əsassız hesab edir və icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, Şəxsxx.xx.2024cü il tarixdə saat 18 radələrində, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində və xx.xx.2024-cü il tarixdə saat 16 və 17 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində idarə etdiyi Hyundai Sonata markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobillə sveteforun qadağanedici işığının tələblərini pozmuş, 1.1 üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etmədən ötmə qaydalarını dəfələrlə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə qəza şəraiti yaratmışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs idarə etdiyi Hyundai Sonata markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobillə sveteforun qadağanedici işığının tələblərini pozaraq, 1.1 üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etmədən ötmə qaydalarını dəfələrlə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə qəza şəraiti yaratması, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tərkib əlamətləri olduğu anlamına gəlmir. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi şəxsin əməlində İXM-nin 511.1.1-511.1.3-cü maddəsinin tərkib əlamətləri olduğu halda barəsində İXM-nin 511.1.1-511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilə bilər. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində İXM-nin 511.1.1-511.1.3-cü maddələrinin tərkib əlmatələri yoxdur. Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Məhkəmə baxışı zamanı Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində və xx.xx.2024-cü il tarixdə saat 16 və 17 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində idarə etdiyi Hyundai Sonata markalı **-FY- *** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində və xx.xx.2024-cü il tarixdə saat 16 və 17 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində idarə etdiyi Hyundai Sonata markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobillə inzibati xətaya yol vermədiyindən barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə Göyçay rayon Polis ŞöbəsininYPX inspektoru polis baş serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar