Məhkəmə qərarları › İş №3(046)-845/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-845/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-845/2025 18.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, İnzibati xəta törətmiş Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Qəbələ rayonu Bum kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu Zərgərli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə Göyçay rayon Polis şöbəsindən daxil olmuş protokol üzrə materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Göyçay-Ucar yolunun Xəlitli kənd ərazisindən keçən hissəsində bir baş xırdabuynuzlu heyvanı nəzarətsiz olaraq yola buraxmış, Zərərçəkmiş şəxs həmin vaxt idarə etdiyi Shacman markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtimobillə hərəkətdə olarkən xırdabuynuzlu heyvanı vurmuşdur. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Göyçay-Ucar yolunun Xəlitli kənd ərazisindən keçən hissəsində bir baş xırdabuynuzlu heyvanı nəzarətsiz olaraq yola buraxmış, Zərərçəkmiş şəxs həmin vaxt idarə etdiyi Shacman markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xırdabuynuzlu heyvanı vurmuşdur. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Göyçay-Ucar yolunun Xəlitli kənd ərazisində idarə etdiyi Shacman markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yoluna bir baş xirda buynuzlu heyvan çıxmış və həmin heyvanı vuraraq tələf etmişdir. Nəticədə onun avtomobilinə ziyan dəymişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxsnın şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar