Məhkəmə qərarları › İş №3(046)-848/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-848/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-848/2025 18.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən «X1 Kombinatı» MMC barəsində daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : «X1 Kombinatı» MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında haqqında protokoldan görünür ki, 2025-ci il 26 oktyabr tarixdə “Beynəlxalq dəniz ticarət limanı” gömrük postundan keçməklə “X1 Kombinatı” MMC-nin ünvanına ******* nömrəli vaqonla daşınaraq HNKU6012484 nömrəli konteynerlə idxal olunan “UF membran sistem” yükünə müvafiq gömrük bəyannaməsinin təqdim edilmə müddətinin pozulması faktı barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli 3-33- 1600/019/004509 nömrəli raport daxil olmuşdur. Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olan “X1 Kombinatı” MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin qeydiyyatda olduğu ünvanına xx.xx.2025-ci il tarixli 3-33-1600/2-001407//2025 saylı məktub göndərilərək xx.xx.2025-ci il tarixdə Gəncə Gömrük İdarəsi, X2 (Əməliyyat və Təhqiqat Şöbəsi) dəvət olunmuşlar. Dəvət məktubu xx.xx.2025-ci il tarixdə MMC-nə çatdırılsada bu günə kimi MMC- nin heç bir nümayəndəsi Gəncə Gömrük İdarəsinin X2 (Əməliyyat və Təhqiqat Şöbəsi) gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı rəsmi müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, 00900-00426/25 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Gömrük Məcəlləsinin 149-cu maddəsinə əsasən Gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların təqdim edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Araşdırma nəticəsində “X1 Kombinatı” MMC-nin ünvanına ******* nömrəli vaqonla daşınaraq HNKU6012484 nömrəli konteynerlə idxal olunan “UF membran sistem” yükünün ölkə ərazisinə 2025-ci il 26 oktyabr tarixdə daxil olduğu, qeyd edilən yükün isə gömrük orqanına xx.xx.2025-ci il tarixdə **********7774 sorqu nömrəli gömrük bəyannaməsi ilə bəyan edildiyi müəyyən edilmişdir. Gömrük bəyannaməsinin təqdim edilməsi müddəti pozulmuş və inzibati xəta törətmişdir. “X1 Kombinatı” MMC-yə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndə məhkəmə baxışında iştirak etməmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, «X1 Kombinatı» MMC -nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. «X1 Kombinatı» MMC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş materiallardan görünür ki, «X1 Kombinatı» MMC hüquqi şəxs hesab edilir. Məhkəmə «X1 Kombinatı» MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq «X1 Kombinatı» MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: «X1 Kombinatı» MMC-yə İXM-nin 493-cü maddəsinə əsasən 300 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar