Məhkəmə qərarları › İş №3(046)-849/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-849/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-849/2024 28.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Şəxs Göyçay Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 3(046)- 849/2024 saylı inzibati xəta haqqında iş üzrə qərara xitam verilməsinə dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Göyçay Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 3(046)-849/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Şəxs məhkəməyə müraciət edərək barəsində olan cəriməni tam ödədiyini ona görə də nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair məhkəmə qərarına xitam verilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Göyçay Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 3(046)-849/2024 saylı inzibati xəta haqqında iş üzrə qərara xitam verilməlidir. Belə ki, iş materiallarına əsasan müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına səbəb xx.xx.2024-cü il tarixli, EQ 18836038 saylı qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməməsi olmuşdur. Məhkəməyə təqdim edilmiş mədaxil qəbzindən görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb olan 20 manat məbləğində inzibati cəriməni və 12 manat dəbbə pulunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Beləliklə, hesab edirəm ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Göyçay rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 3(046)-849/2024 saylı qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 152-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Göyçay Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 3(046)-849/2024 saylı qərarına xitam verilsin. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar