Məhkəmə qərarları › İş №3(046)-85/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-85/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-85/2024 15.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhər Xəzər Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli, 00800-00901/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2ddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 3-33-/3-1- 030892/2023 nömrəli raporta əsasən, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********2110 nömrəli, xx.xx.2023-cü il tarixli, **********2718 nömrəli, xx.xx.2023-cü il tarixli, **********2966 nömrəli, xx.xx.2023-cü il tarixli, **********3297 nömrəli, xx.xx.2023-cü il tarixli, **********210 nömrəli, xx.xx.2023-cü il tarixli, **********4414 nömrəli, xx.xx.2023-cü il tarixli, **********6335 nömrəli və xx.xx.2023-cü il tarixli, **********26799 sorğu nömrəli gömrük bəyannamələri əsasında invoys dəyəri 6000 ABŞ dolları olan müxtəlif yüklər ixrac gömrük proseduru altında HNBGİ-də rəsmiləşdirilmiş, lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumat təqdim edilməmişdir. Bu barədə Şəxs MMC-yə 3-33-3100/2-005011/2023 nömrəli, xx.xx.2023 tarixli bildiriş məktubu ünvanlanmasına baxmayaraq, hüquqi şəxs tərəfindən müvafiq tədbirlər həyata keçirilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mala dair təqdim olunan xx.xx.2023-cü il tarixli, **********2110 nömrəli, xx.xx.2023-cü il tarixli, **********2718 nömrəli, xx.xx.2023-cü il tarixli, **********2966 nömrəli, xx.xx.2023-cü il tarixli, **********3297 nömrəli, xx.xx.2023-cü il tarixli, **********210 nömrəli, xx.xx.2023-cü il tarixli, **********4414 nömrəli, xx.xx.2023-cü il tarixli, **********6335 nömrəli və xx.xx.2023-cü il tarixli, **********26799 nömrəli sorğu nömrəli gömrük bəyannamələrin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanı üsulu “002”- akkreditiv açılması yolu ilə qeyd olunmuşdur. Belə ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyası Moskva səhərində yerləşən “Expert” adlı idxalatçının ünvanına konsiqnasiya yolu ilə müxtəlif mallar ixrac edilmişdir. Lakin Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac etdikləri malın müqabilində 6000 ABS dolları məbləğində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində, yəni xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda 6000 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, **********2110 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov, ev 65, mənzil 44-də fəaliyyət göstərən "xxxx" MMC şirkəti arasında bağlanmış 110422 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Hava Nəqliyyatında Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********2110 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıp ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 600 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - xx.xx.2023-cü il tarixli, **********2718 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov, ev 65, mənzil 44-də fəaliyyət göstərən "xxxx" MMC şirkəti arasında bağlanmış 110422 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Hava Nəqliyyatında Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********2718 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıp ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 600 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - xx.xx.2023-cü il tarixli, **********2966 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov, ev 65, mənzil 44-də fəaliyyət göstərən "xxxx" MMC şirkəti arasında bağlanmış 110422 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Hava Nəqliyyatında Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********2966 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıp ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 600 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - xx.xx.2023-cü il tarixli, **********3297 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov, ev 65, mənzil 44-də fəaliyyət göstərən "xxxx" MMC şirkəti arasında bağlanmış 110422 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Hava Nəqliyyatında Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********3297 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıp ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 600 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - xx.xx.2023-cü il tarixli, **********4414 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov, ev 65, mənzil 44-də fəaliyyət göstərən "xxxx" MMC şirkəti arasında bağlanmış 110422 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Hava Nəqliyyatında Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********4414 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıp ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 1200 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - xx.xx.2023-cü il tarixli, **********6335 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov, ev 65, mənzil 44-də fəaliyyət göstərən "xxxx" MMC şirkəti arasında bağlanmış 110422 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Hava Nəqliyyatında Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********6335 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıp ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 1200 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - xx.xx.2023-cü il tarixli, **********6799 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov, ev 65, mənzil 44-də fəaliyyət göstərən "xxxx" MMC şirkəti arasında bağlanmış 110422 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Hava Nəqliyyatında Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********6799 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıp ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 1200 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - 33-33-/3-1-030892/2023 nömrəli raportdan, sənədlərə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC (VÖEN:**********) tərəfindən **********2110, **********2718, **********2966, **********3297, **********4414, **********6335, **********6799 sorğu nömrəli gömrük bəyənnamələrini, həmin bəyənnamələr üzrə təqdim edilmiş sənədlərin və digər sənədlərin müəyyənləşdirilməsindən ötrü "Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursuna baxış keçirilmiş və sənədlər surəti çıxarılaraq protokola əlavə edilmişdir. Hüquqi şəxs Şəxs MMC tərəfindən gömrük bəyannamələri üzrə ümumilikdə 6000 ABŞ dolları məbləğində vəsait hesabatda öz əksini tapmamış, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində "az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "LLC Expert” şirkətinə göndərilmiş malların müqabilində köçürülməli olan 6000 ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına köçürülməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-nin 483-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs MMC inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 (otuz) faizi məbləğində cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan 6000 ABŞ dollarının 30 (otuz) faizi məbləğində, yəni 1800 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə manatla hesablanaraq cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar