Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-853/2025 10.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Göyçay rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Göyçay rayonu Yenikənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 12 sentyabr 2025-ci il tarixdə saat 21:00 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan sərxoş halda idarə etdiyi «Hyundai Sonata» minik markalı **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Bərgüşad yolunun Cəyirli kənd ərazisi ilə hərəkətdə olarkən idarə etməni itirmiş və yolun kənarında dayanmış «Daf XF» yük markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, «X3 24» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı 2011-ci il buraxılışlı yarımqoşqunun arxa hissəsinə dəymiş, zərbənin təsirindən avtomobilin ön hissəsinə dəymişdir. Bununla bağlı Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilərək sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Göyçay rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə inspektoru X2 protokola uyğun izahat verərək qeyd olunanları təsdiq etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 12 sentyabr 2025-ci il tarixdə saat 21:00 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan özünə məxsus «Hyundai Sonata» minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, özünə məxsus yük avtomobilini saxlayaraq evinə getmiş, səhər avtomobilinin yanına gəldikdə yol-nəqliyyat hadisəsi baş verdiyini və avtomobilinin əzildiyini görmüş, lakin hadisə törədən avtomobil orada olmamışdır. Hadisə axşam saatlarında olduğu üçün məlumatı olmamış, bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerində olarkən yol patrul xidməti avtomobili gəldiyini görmüş, əməkdaşlara avtomobilinin əzildiyini bildirdikdə yol patrul xidməti əməkdaşları ona səhər saat 10:00-da rayon polis şöbəsinə yaxınlaşmasını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli AP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 12 sentyabr 2025-ci il tarixdə saat 21:00 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan sərxoş halda idarə etdiyi «Hyundai Sonata» minik markalı **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Bərgüşad yolunun Cəyirli kənd ərazisi ilə hərəkətdə olarkən idarə etməni itirmiş və yolun kənarında dayanmış «Daf XF» yük markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, «X3 24» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı 2011-ci il buraxılışlı yarımqoşqunun arxa hissəsinə dəymiş, zərbənin təsirindən avtomobilin ön hissəsinə dəymişdir. xx.xx.2025-ci il tarixli 517 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs alkoqol sərxoşluğu yüngül dərəcəli vəziyyətində olmuşdur. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, «Hyundai Sonata» minik markalı **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay-Bərgüşad yolunun Cəyirli kənd ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi törətmişdir. "xxxx" MMC-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, «Daf XF» yük markalı **-DT-*** dövlət qeydiyyat nişanlı 2013-cü il buraxılışlı avtomobilə 750 manat məbləğində maddi ziyan dəymişdir. "xxxx" MMC-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, «X3 24» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı 2011-ci il buraxılışlı yarımqoşquya 3620 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 12 sentyabr 2025-ci il tarixdə saat 21:00 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan sərxoş halda idarə etdiyi «Hyundai Sonata» minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Bərgüşad yolunun Cəyirli kənd ərazisi ilə hərəkətdə olarkən idarə etməni itirmiş və yolun kənarında dayanmış «Daf XF» yük markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, «X3 24» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı 2011-ci il buraxılışlı yarımqoşqunun arxa hissəsindən vurmaqla maddi ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1 -ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 10 dekabr 2025-ci il tarixdən saat 13:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 01 (bir) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 10 dekabr 2025-ci il tarixdən saat 13:10dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-853/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-853/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver