Məhkəmə qərarları › İş №3(046)-857/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-857/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-857/2024 25.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay rayon polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, 28 avqust 1997-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ucar şəhəri, H.Əliyev prospekti, ev 68-də qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 sentyabr 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay rayon polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X4 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 12 noyabr 2023-cü il tarixdə, saat 12:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Ucar yolunun Potu kəndi ərazisində hərəkətdə olarkən İXM-nin 327.1-ci maddəsinin tələbini pozaraq ara məsafəsini gözləməmiş, ondan qarşıda hərəkətdə olan “Mercedes Benz” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə əyləşmiş X3 yol nəqliyyat hadisəsindən sonra aldığı xəsarətlə bağlı ekspertizadan keçirilmiş, ekspert sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmayan rəy vermişdir. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Ucar yolunun Potu kəndi ərazisində hərəkətdə olarkən ara məsafəsini gözləməmiş, ondan qarşıda hərəkətdə olan “Mercedes Benz” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Törətdiyi əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək protokolda qeyd olunanları təsdiq etmiş və bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi “Mercedes Benz” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Ucar yolunun Potu kəndi ərazisində hərəkətdə olarkən ondan arxada hərəkətdə olan “Mercedes Benz” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ara məsafəsi saxlamayaraq onun idarə etdiyi avtomobilin arxa sol hissəsindən vurmuş, nəticədə yolnəqliyyat hadisəsi baş vermişdir. Ona dəymiş ziyan ödənilmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X4 tərəfindən tərtib edilmiş 24 sentyabr 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 noyabr 2023-cü il tarixdə, saat 12:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Ucar yolunun Potu kəndi ərazisində hərəkətdə olarkən İXM-nin 327.1-ci maddəsinin tələbini pozaraq ara məsafəsini gözləməmiş, ondan qarşıda hərəkətdə olan “Mercedes Benz” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə əyləşmiş X3 yol nəqliyyat hadisəsindən sonra aldığı xəsarətlə bağlı ekspertizadan keçirilmiş, ekspert sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmayan rəy vermişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti baxılması üçün aidiyyəti üzrə Göyçay rayon polis şöbəsinin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 xx.xx.2023-cü il tarixli, 561 nömrəli ekspert rəyindən görünür ki, 1974cü il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - başın sağ təpə nahiyəsində yumşaq toxumanın bir qədər şişkinliyi küt - bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gəlmələri inkar edilmir sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Həkim nevroloqun müayinəsi zamanı qeyd olunmuş “Başın qapalı travması, beyin silkələnməsi” diaqnozu obyektiv nevroloji müayinə zamanı kəllə-beyin sinirlərində patoloji proseslər (dəyişikliklər) aşkar olunmadığı üçün həmin diaqnoz məhkəmə-tibi ekspertizası zamanı nəzərə alınmamışdır. Yol-nəqliyyat sxemindən görünür ki, etdiyi “Mercedes Benz” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay-Ucar yolunun Potu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası "xxxx" MMC-i tərəfindən verilmiş arayışdan görünür ki, “Mercedes Benz” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2018-ci il tarixli, 003679 nömrəli vəsiqədən görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, yaşayış tərzini, o cümlədən məsuliyyəti yüngülləşdirən halın olduğunu və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar