Məhkəmə qərarları › İş №3(046)-861/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-861/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-861/2023 29.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Göyçay rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X3, İnzibati xəta törətmiş Şəxs, Zərərçəkmiş şəxs X4, X1 iştirakı ilə, xx.xx.1950-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri H.Hacıyev küçəsi ev 128B-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Göyçay şəhəri Ə.Səmidli küçəsində qonşusu X7 məxsus mişar daşından olan hasarı uçurtmuş, həmin vaxt ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi əməlini etiraf etməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ucadan səs-küy salmamış, nalayiq ifadələr işlətməmiş, Aytən Mayılovaya məxsus mişar daşından olan divarı uçurtmamışdır. Zərərçəkmiş şəxs X8 izahat verərək göstərmişdir ki, Şəxs ilə aralarında məhkəmə mübahisə vardır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şəxs ona məxsus daş hasarı uçurmuş, həmin vaxt ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmişdir. Hadisə zamanı ona 100 manat ziyan dəymişdir. Daha sonra hasar yenidən bərpa edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şəxs X7 məxsus mişar daşından olan hasarı uçurmuş, həmin vaxt nalayiq ifadələr işlətmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilmə haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində başlanmş cinayət işi rədd edilmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 232-1 və 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. X2 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, ahıl yaşda olmağını, pensiyaçı olduğunu məsuliyyətini yüngülləşdirən hal kimi, məsuliyyətini ağırlaşdıran halın olmadığı nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə təyin edilsin. 01 saata görə hesablanmış 06 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar