Məhkəmə qərarları › İş №3(046)-865/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-865/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-865/2024 02.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, himayəsində 5 azyaşlı uşağı olan, Göyçay rayonu Ərəbşahverdi kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu zamanı növbəsiz qəbula daxil olmuş ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Ərəbşahverdi kəndində yaşayır. Fərdi yaşayış evinə verilən elektrik enerjisi borcuna görə elektrik enerjisinin verilişi dayandırılmışdır. Bununla bağlı ailə üzvləri ilə birlikdə xx.xx.2024-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyəti başçısının qəbuluna getmiş, fərdi yaşayış evinə verilən işığın kəsilməsini bildirmiş, orada ərizə yazaraq ailə üzvləri ilə birlikdə binanı tərk etmişdir. Həmin gün yaşadığı Ərəbşahverdi kəndinə gələrkən, yol kənarında yerləşən “Zəhra“ marketin qarşısında tanımadığı nömrədən ona zəng gəlmiş, icra hakimiyyətindən olduğunu, onlara imtiyaz veriləcəyini bildirərək harda olduqları soruşmuş, telefonla danışdığı adama yerini bildirmiş, daha sonra VAZ 2106 markalı avtomobillə iki nəfər polis əməkdaşı gəlmiş, onu polis şöbəsinə aparmışlar. İcra hakimiyyətinin inzibati binasında səs-küy salmamış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, onları söyməmiş,təhqir etməmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay RPŞ-ninPPXB-nin polis nəfəri Şahid1 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 09:00-dan saat 21:00-dək PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə 2 nömrəli piyada postunda xidmətə təyin edilmiş, həmin tarixdə saat 10:55-də Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu zamanı Şəxs ailə üzvləri ilə birlikdə binaya daxil olmuş, heç kimə məhəl qoymadan zorla vətəndaşların qəbulu keçirilən otağa daxil olmuş, səbəbsiz yerə səs-küy salmış, polisin ünvanına, hakimiyyət dairələrinin ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edərkən hərəkətlərini davam etdirmiş, müqavimət göstərmişdir. Şəxs dəfələrlər icra hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu zamanı belə hərəkətlərə yol vermiş, hətta bir dəfə azyaşlı uşağını yerə çırpmışdır. Məhkəmədə şahid qismində izahat vermiş Şahid3 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə X1 istifadəsində olan ********** saylı mobil nömrə ilə dəfələrlə əlaqə saxlayıb X3 və X2 rayon polis şöbəsinə dəvət etməsinə baxmayaraq polis şöbəsinə gələrək izahat verməkdən boyun qaçırmışlar. Sonra İTB-nin sahə polis nəfəri polis serjantı X4 rayon MallıŞıxlı kənd ərazisində xidmətdə olan zaman X3 və X2 barəsində yazılmış protokolla tanış etdikdən sonra onları izahat vermələri və barələrində qanuni tədbir görmələri üçün Göyçay rayon polis şöbəsinə dəvət etmiş, lakin həmin onlar küçədə ucadan nalayiq ifadələr işlədərək qışqırbağır salmağa başlamış, dəfələrlə onları nizam intizama dəvət etəmələrinə baxmayaraq Şəxs hərəkətlərini davam etdirmiş, azyaşlı uşaqlarının arxasında gizlənərək, polis əməkdaşlarını daşa basmış, polisin ünvanına küçə söyüşləri söymüş, ətrafdakı insanların diqqətini özünə çəkmək üçün onun yaxasından tutaraq dartmağa başlamış, qışqıraraq polis tərəfindən guya döyüldüyünü bildirmişdir. Hadisə yerinə gələn 4 ekipaj PPX-nin əməkdaşlarının köməkliyi ilə Şəxs polis şöbəsinə gətirilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib,150 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bunda başqa müdafiəçi Vəkiliş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 02 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini,törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən halın olmadığını və il ərzində yenidən eyni xarakterli inzibati xətanı təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:50-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. 02 saata görə hesablanmış 12 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar