Məhkəmə qərarları › İş №3(046)-871/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-871/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-871/2024 07.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Şəxs iştirakı ilə xx.xx.1976-cı il tarixdə Göyçay rayonu Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Göyçay rayonu Potu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 523.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində 07 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 523.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 06 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində Göyçay şəhəri Natavan küçəsində yerləşən Yaşıl marketin yaxınlığında avaraçılıq və dilənçilik ilə məşğul olmuşdur. Məhkəmə tərəfindən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra hakimiyyəti orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Şəxs izahat verərək göstərmişdir ki, 06 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində Göyçay şəhəri Natavan küçəsində yerləşən Yaşıl marketin yaxınlığında avaraçılıq və dilənçilik etmişdir. Törətdiyi əməlindən peşmandır. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 523.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 523.1-ci maddəsinə əsasən Avaralıqla məşğul olmağa görə - vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, Şəxs xəbərdarlıq inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 523.1-ci maddəsi ilə təqsirli bilinib, ona xəbərdarlıq inzibati tənbeh növü təyin edilsin. Şəxs yazılı xəbərdarlıq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar