Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-880/2024 29.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Azərbaycan Respublikasının Qida X2 Aran regional bölməsinin nümayəndəsi X3 və inzibati xəta törətmiş X15 Kombinatı MMC-nin təsisçisi X6 iştirakı ilə, X15 Kombinatı MMC barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : X15 Kombinatı MMC barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta protokolu tərtib edilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Göyçay rayonu Çayarxı kəndində yerləşən X15 Kombinatı MMC-də yoxlamanın keçirilməsinə və obyektə daxil olmağa maneələr törədilmişdir. X15 Kombinatı MMC-nin təsisçisi X10 izahat verərək göstərmişdir ki, X15 Kombinatı MMC-nin təsisçisidir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində MMC-də olarkən Azərbaycan Respublikasının Qida X2 Aran regional bölməsinin əməkdaşları obyektə gəlmiş, yoxlama aparmaq istəmişlər. Həmin vaxt onlara heç bir maneəçilik yaratmamışdır. Lakin əməkdaşlar ona sənəd təqdim edərək imza etməsini istəmişlər. Sənədlərə imza etməkdən imtina etmiş, əməkdaşlar akt tərtib edərək obyekti tərk etmişlər. Məhkəmədə şahid qismində izahat vermiş X12 göstərmişdir ki, Azərbaycan Respublikasının Qida X2 Aran regional bölməsinin rəisi Gündüz Qənbərovun yoxlamanın aparılması haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən X15 Kombinatı MMC-də planlı yoxlama aparılması qərara alınmışdır. Qərarın icrası ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə saat 15 radələrində digər əməkdaş X7 ilə birlikdə X15 Kombinatı MMC-yə getmişlər. MMC-nin həyətinə daxil olduqdan sonra MMC-nin rəhbəri X10 onları qarşılamışdır. MMC-nin bütün sahələrində Yoxlama aparılması barədə qərarı göstərdikdən sonra Araz İbrahimova etiraz etməməsi barədə qərarda qeyd etməyini bildirmişlər. Araz İbrahimov onlara etiraz etmiş, yoxlama aparılmasına şərait yaratmamışdır. Məhkəmədə şahid qismində izahat vermiş X7 şahid X12 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş yoxlamanın aparılması haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Göyçay rayonu Çayarxı kəndində yerləşən X15 Kombinatı MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək planlı yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Göyçay rayonu Çayarxı kəndində yerləşən X15 Kombinatı MMCdə planlı yoxlama aparılmasına X15 Kombinatı MMC-nin direktoru X10 tərəfindən şərait yaradılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdəGöyçay rayonu Çayarxı kəndində yerləşən X15 Kombinatı MMC-də planlı yoxlama aparılmasına X15 Kombinatı MMC-nin direktoru X10 tərəfindən şərait yaradılmamışdır. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, X15 Kombinatı MMC-nin direktoru X10 yoxlamanın keçirilməsinə maneçilik törətmişdir. Hüquqi şəxsin Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, X15 Kombinatı MMC hüquqi şəxsdir, xx.xx.2015-ci il tarixdən ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir. X1r. Qeyd: VÖEN aktivdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, vəzifəli şəxs hesab edilən X15 Kombinatı MMC-nin direktoru X10 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə özünə Göyçay rayonu Çayarxı kəndində yerləşən X15 Kombinatı MMC-də Azərbaycan Respublikasının Qida X2 Aran regional bölməsinin əməkdaşları tərəfindən planlı yoxlama aparılmasına maneəçilik törətmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. X5 həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, X15 Kombinatı MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, nəzərə alaraq X15 Kombinatı MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub Q ə r a r v e r d i: X15 Kombinatı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-880/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-880/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver