Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-882/2024 29.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Göyçay rayonunun Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çərəkə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində 29 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Göyçay rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən keçirilən toy axşamı məclisində pulla qumar oynamışdır. Şəxs izahat verərək göstərmişdir ki, Göyçay rayonu Çərəkə kəndində xx.xx.2024-cü il tarixdə saat 23 radələrində həmkəndilisi Samirin toy axşamı məclisində həmkəndliləri Əli, Elson, Xəqani, Famil, Fariz, Elçin, Rəvan, Nicat və Nurlan ilə qumar oyunmaşılar. Lakin o, qumar oyununda iştirak etməmiş, inzibati xəta törətməmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən keçirilən toy axşamı məclisində pulla qumar oynamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ömərli X1 rayonu Çərəkə kəndində xx.xx.2024-cü il tarixdə saat 23 radələrində həmkəndilisi Samirin toy axşamı məclisində həmkəndliləri Əli, Elson, Nəzir, Famil, Fariz, Elçin, Rəvan, Nicat və Nurlan ilə qumar oyununda iştirak etmiş, qumar oynayarkən stolun üzərində 35 manat məbləğində pul və 72 ədəd kart olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini və törətdiyi əməli etiraf etməklə səmimi peşiman olmasını məsuliyyətini yüngülləşdirən, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan kartlar və qumara qoyulmuş 35 manat pul müsadirə edilməklə cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa iş üzrə maddi sübut olan 72 ədəd kağız kartın və 35 manat məbləğində pul vəsaitinin Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(046)- 886/2024 saylı qərarına əsasən müsadirə edilməsi nəzərə alınmalıdır. Göstərilənləri və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsilə təqsirli bilinib ona 72 ədəd kart və 35 manat məbləğində pul müsadirə edilməklə 3000 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-882/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-882/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver