Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-9/2021 04.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Göyçay rayonunun Kürdəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Kürdəmiş kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Göyçay rayon Polis Şöbəsi İTB-nin sahə rəisi X1 tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Göyçay rayonu Xəlitli kəndində yerləşən Mikayılov Zöhrab Mikayıl oğluna məxsus fərdi yaşayış evində pulla qumar oynamışdır. Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Göyçay rayonu Xəlitli kəndində yerləşən Mikayılov Zöhrab Mikayıl oğluna məxsus yerləşən fərdi yaşayış evində Göyçay rayon sakinləri Rəşad, Araz, Mahir və Kamil ilə katla qumar oyununda iştirak etmişdir. Qumar oynayarkən stolun üzərində 36 ədəd kart və 95 manat məbləğində pul olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs Göyçay rayonu Xəlitli kəndində yerləşən Mikayılov Zöhrab Mikayıl oğluna məxsus fərdi yaşayış evində Göyçay rayon sakinləri Araz, Kamil,Mahir və Kamil ilə birlikdə kartla qumar oyununda iştirak etmiş, pulla qumar oynayarkən stolun üzərində 95 manat məbləğində pul olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə, dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Qeyd:
1. Bu maddədə “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri - müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini və törətdiyi əməli etiraf etməklə səmimi peşiman olmasını məsuliyyətini yüngülləşdirən, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan kartlar və qumara qoyulmuş 95 manat pul müsadirə edilməklə cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsilə təqsirli bilinib ona 36 ədəd kart və 95 manat məbləğində pul müsadirə edilməklə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qumar oyunu zamanı istifadə edilmiş 36 ədəd kart və 95 manat məbləğində pul müsadirə edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest vermək olar.
Hakim: İbrahim Fəttahov