Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-90/2023 09.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X6, xx.xx.1974-cü ildə Göyçay rayonu Alpout kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Göyçay rayonu Alpout kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 25 yanvar 2023-cü il tarixdə Göyçay rayonu Alpout kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmadan sənədsiz qoşa lüləli 16 kalibrli, 75320- 69 nömrəli toz markalı ov tüfəngini özündə saxlamışдыр. İnzibati xəta hadisənin olması 25 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu Qaraxıdır kənd sakinləri X1 və X3 ilə birlikdə Alpout kənd ərazisində olarkən ov tüfəngi üzərində olmuşdur. Polis əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim edərək ondan silaha aid sənədlərin olub-olmamasını soruşmuşdur. O, 16 kalibrli, 75320-69 nömrəli toz markalı ov tüfənginin sənədi olmadığın bildirmişdir. Polis əməkdaşları onları rayon polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, Hüseyn Məmmədov xx.xx.2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin polis nəfəri Elnur Səlimova ilə birlikdə Göyçay rayonu Alpout kənd ərazisində xidmət aparan zaman üç nəfər şəxsin yolun kənarında ov tüfəngi ilə piyada hərəkət etdiklərini müəyyən etmişdir. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, onlarda olan ov tüfənginin sənədlərinin olub-olmamasını yoxlamaq üçün polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslərin Şəxs, X7 və X2 olduğu və onlardan aşkar olunan iki ədəd of tüfənginin sənədinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Göyçay rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs götürülmüş 16 kalibrli, 75320-69 nömrəli toz markalı ov tüfəngi Göyçay RPŞ-nin oldu sialhın və qeydiyyatı kitabında qeydiyyatda yoxdur. İş materiallarında olan Ucar rayon ovçuların 2 saylı dayaq məntəqəsi tərəfindən təsdiq olunmuş rəydən görünür ki, Şəxs götürülmüş 16 kalibrli, toz markalı 75320-69 nömrəli silah hamar lüləlidir, yivsizdir, Göyçay RPŞ-də qeydiyyatda olmayan mülki silahdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd qoşa lüləli 16 kalibrli, 75320-69 nömrəli toz markalı ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-90/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-90/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver