Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-908/2024 30.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1979-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1də qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələbinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 29 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində sərxoş vəziyyətdə qardaşı Rahil Yusifovun ünvanına ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu barədə Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərərk baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə X5 ərizə ilə rayon polis şöbəsinə müraciət edərək, qardaşı Şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyini, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində sərxoş vəziyyətdə onu söyüb təhqir etdiyini bildirmişdir. Daha sonra Şəxs tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Daha sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, uzun müddətdir ki, alkoqol asılılığından əziyyət çəkir. xx.xx.2024cü il tarixdə saat 13 radələrində spirtli içki qəbul edərək qardaşı Rahil Yusifovun ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt spirtli içkinin təsirində olduğu üçün etdiyi hərəkətlərin fərqində olmamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahat verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Şəxs onun qardaşıdır. Qardaşı uzun müddətdir ki, alkoqol asılılığından əziyyət çəkir. Dəfələrlə onu Bakı şəhərində yerləşən müalicə müəssisəsinə apararaq müalicə etdirmiş, lakin bir nəticəsi olmamış, müalicə müəssisindən çıxdıqdan sonra yenidən spirtli içki içməyə davam etmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Ramil yaşadığı evdə olarkən onun ünvanına qarşı nalayiq söyüşlər söyərək təhqir etmiş, içkili vəziyyətdə evdə olan əşyaları sındıraraq səs-küy salmağa başlamış, onu sakitləşdirmək istəsə də bir nəticəsi olmamış, səs-küy nəticəsində ətrafda yaşayan qonşular oraya toplaşmışdır. Bununla bağlı rayon polis şöbəsinə ərizə ünvanlayaraq qardaşı tərəfindən söyülüb təhqir edildiyini bildirmişdir. Daha sonra müraciəti ilə bağlı polis əməkdaşları gəlmiş, Ramilin barəsində tədbir görülməsi üçün polis şöbəsinə aparmışlar. Şəxs barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs 29 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində sərxoş vəziyyətdə qardaşı Rahil Yusifovun ünvanına ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, 023387 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 29 oktyabr 2024-cü il tarixli, 455 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Yusifov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən görünür ki, xırda xuliqanlıq xətasının tərkibinin mövcud olması ictimai qaydanı pozan hərəkətlərin törədilməsi zəruridir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin qaydaların pozulması nümayişkaranə şəkildə olmalı, yəni subyekt ictimai qaydanı pozmaqla yanaşı bunu cəmiyyətdə və açıq nümayiş etdirməli, əhalinin dincliyi pozulmalıdır.. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şəxs spirtli içki qəbul edərək qardaşı Rahil Yusifovun ünvanına nalayiq söyüşlər söydüyünü, səs-küy salaraq ətrafdakı insanların oraya gəldiyini etiraf etmiş, bu da Şəxs tərəfindən ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlər etməsinə dəlalət edir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini və inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində həmin əməlin təkrar törədilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2 və 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin əvvəllər də eyni xarakterli inzibati xətaların törətdiyini və inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində həmin əməlin təkrar törədilməsini nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs üzərinə daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsi məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən saat 16:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-908/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-908/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver