Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-91/2023 13.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Göyçay-SÜD ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Göyçay-SÜD ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Göyçay-SÜD ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixdə EP ******* saylı inzibati xəta protokolu tərtib edilmiş ona görə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2- 2022- 17743 saylı məktubu ilə tələb edilən sənədləri (2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdar Y.Mehdiyevin dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Göyçay-SÜD ASC-nin nümayəndəsi X3 göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankından 2021 -ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının tələb edilməsi barədə xx.xx.2022-ci il tarixli məktubu Göyçay-SÜD ASC-nə xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin məktubda qeyd edilən 5 gün müddətinə ərzində səhmdarların ümumi yığıncaqlarının protokolları elektron poçt vasitəsi ilə göndərilmişdir. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Göyçay-SÜD ASC-yə ünvanlanmış 16 noyabr 2022-ci il tarixli 6-1.26-2-2022-16409 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) vətəndaş Yunis Mehdiyevin müraciəti daxil olmuşdur.Bununla əlaqədar olaraq, vətəndaşın müraciətində qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər (2021 -ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdar Y.Mehdiyevin dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə)) əlavə edilməklə 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim etməyiniz xahiş olunur.Qeyd: Məsələnin daha operativ həlli məqsədilə poçt vasitəsi ilə yanaşı müvafiq sənədlərin Yusif mailto:Mammadov@cbar.azElektron ünvan elektron poçt ünvanına göndərilməsi mümkündür. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Göyçay-SÜD ASC-yə ünvanlanmış 8 dekabr 2022-ci il tarixli 6-1.26-2-2022-17743 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) 6- 1.26-2-2022-16409 saylı 16 noyabr 2022-ci il tarixli göstərişi ilə tələb edilən məlumatlar tərəfinizdən bugünədək təqdim edilməmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq sözügedən göstəriş məktubunda göstərilən məlumatları 5 (beş) gün ərzində Mərkəzi Banka təqdim etməyiniz tələb olunur. Əks halda Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna bilərsiniz.Qeyd: Məsələnin daha operativ həlli məqsədilə poçt vasitəsi ilə yanaşı müvafiq sənədlərin Yusif mailto:Mammadov@cbar.azElektron ünvan elektron poçt ünvanına göndərilməsi mümkündür. İnzibati materiala əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Göyçay-SÜD ASC-yə ünvanlanmış 16 noyabr 2022-ci il tarixli 6-1.26-2-2022-16409 nömrəli məktubu Göyçay-SÜD ASC tərəfindən xx.xx.2022-ci il tarixdə və 8 dekabr 2022-ci il tarixli 6-1.26-2-2022-17743 nömrəli məktubu xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay-SÜD ASC səhmdarlarının ümumi yığıncağı barədə xx.xx.2022-ci il tarixli 62 nömrəli protokolun surətindən görünür ki, Göyçay-SÜD ASC-nin İdarə Heyətinin 2021-ci ildəki fəaliyyəti kafi qiymətləndirilmiş, Göyçay-SÜD ASCnin il üçün maliyyə nəticələri təsdiq edilmiş və 2021-ci maliyyə ilində Göyçay-SÜD ASC-nin səmhdarlarına dividend hesablanmamışdır. Məhkəməyə təqdim edilmiş Göyçay-SÜD ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2022-ci il tarixli 045 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-17743 nömrəli məktuba cavab olaraq 2021-ci ilin yekunu üzrə səhmdarların ümumi yığıncağı xx.xx.2022-ci il tarixdə Göyçay şəhərində keçirilmişdir. Səhmdar cəmiyyətin 2021-ci il üzrə maliyyə hesabatları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Hesabatın sürəti əlavə olunur.2021-ci il üzrə səhmdarlara dividentlər hesablanmamış və ödənilməmişdir. Protokolun surəti əlavə olunur. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli elektron poçt çıxarışından görünür ki, Göyçay-SÜD ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2022-ci il tarixli 045 nömrəli məktub, protokolun surəti və hesabatın sürəti mailto:Mammadov@cbar.azElektron ünvan elektron poçt ünvanına göndərilmişdir Azərbaycan Respublikası İXM-nin 548.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı Göyçay-SÜD ASC-dən 2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdar Y.Mehdiyevin dəvət edilməsini təsdiq edən sənədləri xx.xx.2022-ci il tarixdə 7 gün müddətinə və xx.xx.2022-ci il tarixdə 5 gün müddətində təqdim edilməsini məktub ilə tələb etmiş, Göyçay-SÜD ASC, xx.xx.2022-ci il tarixli məktubu xx.xx.2022-ci il tarixdə almış, lakin məktuba cavab verməmiş, xx.xx.2022-ci il tarixli məktubu xx.xx.2022-ci il tarixdə almış, xx.xx.2022-ci il tarixdə məktubda qeyd edilmiş “email”-ə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 548.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Göyçay-SÜD ASC tərəfindən inzibati xəta hadisəsinə yol verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi şəxsin əməlində inzibati xəta hadisəsi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Göyçay-SÜD ASC-nin əməlində inzibati hadisəsi yoxdur. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Göyçay-SÜD ASC barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq departamentinin direktoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EP ******* saylı inzibati xəta potokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-91/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-91/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver