Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-910/2024 03.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi X4, X2 Bakı şəhər BPİ-nin X10 İdarəsinin polis mayoru X1 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının və barəsində tərtib edilmiş İXP ******* nömrəli,xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsi,inzibati icraata xitam verilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X5 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolun və onun əsasında Bakı şəhər BPİ-nin X10 İdarəsinin polis mayoru X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, "KİA Sorento" minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil (2011-ci il istehsal; tip-universal; rəngi-boz) tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Barəsində xx.xx.2024-cü il tarixdə, saat 13:25-də İXP ******* nömrəli protokol tərtib edilmişdir. Protokola əsasən İXM-nin 327.2-ci maddəsinin tələblərinə görə "yol ayrıcı keçmə qaydalarının pozulması" qeyd edilmişdir. Həmin protokoldan tərəfindən yuxarı orqana şikayət verilməsinə baxmayaraq araşdırma qeyriobyektiv aparılmış və nəticədə yanlış qənaətə gəlinmiş və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da 100 (bir yüz) manat məbləğində və 3 balla cərimə edilmişdir. Qeyd edir ki, tərəfindən inzibati xəta haqqında protokol üzrə qeyd olunan inzibati xəta törədilməmiş, 'Yol ayrıcı keçmə qaydaları" tərəfindən pozulmamışdır. Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsi kimi qeyrimüəyyən qeyd olunan ünvanda o, Azneft dairəsinə daxil olarkən, artıq yol ayrıcında olduğundan soldan hərəkət edən nəqliyyat vasitəsi olmamışdır. Bunun əksini sübut edən müvafiq görüntü polis baş serjantı X3 tərəfindən təqdim edilməmiş, sübut etmə vəzifəsinin ona aid olmasına baxmayaraq və etiraz etməsinə məhəl qoymadan qanunvericiliyin tələbləri və insan hüquqları kobud surətdə pozulmaqla protokol tərtib edilmişdir. Protokol tərtib olunduqdan sonra sübutları təqdim etmişdir. Görüntü protokol tərtib olunduqdan sonra təqdim olunduğu üçün etirazını protokolda qeyd edə bilməmişdir. İnzibati xətanın törədildiyi ünvan Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsi ünvanı qeyd olunmağına baxmayaraq, protokolda tam ünvan düzgün qeyd edilməmişdir. Protokol tərtib edildikdən sonra videogörüntü ilə tanış edilmiş, bununla da hüquqları kobud şəkildə pozulmuşdur. Daha sonra qeyd olunduğu kimi tərəfindən yuxarı vəzifəli şəxsə şikayət edilmiş, lakin 10 gündən sonra, xx.xx.2024-cü il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona bu barədə qanuna müvafiq qaydada məlumat verilməmiş, inzibati icraatın aparılmasından xəbəri olmamış və dəvət edilməmişdir. Qərarda hansı materiallar nəzərdə tutulduğunu, sübut bazası nədən ibarət olduğu qeyd edilməmişdir. Belə olan halda inzibati xətanın törədilməsi barədə müvafiq sübutun olmaması barədə ciddi şübhələr yaranır. Belə şübhələrin olması onun xeyrinə həll olunmalıdır. Bununla bağlı hesab edir ki, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və qanunsuz olaraq tərtib edildiyi üçün ləğv edilməli və barəsində olan inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 izahat verərək bildirdi ki,qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil.Belə ki,yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda xətanın baş verdyi yer «Azneft» dairəsi kimi göstərilsə də,həmin yer xəritədə Neftçilər prospekti kimi qeyd olunub.Bundan başqa yol patrul xidməti inspektoru tərəfindən protokol tərtib olunan vaxt inspektordan videogörüntü təqdim edilməsini tələb etmiş,lakin inspektor ona protokol tərtib edildikdən sonra videogörüntü göstərmişdir.Həmin videogörüntüdə sözügedən dairədə heç bir avtomobilə maneəçilik törətməmişdir,yol ayrıcı nişanın tələblərinə riayət etdiyi müəyyən olunmuşdur.Ona görə də hesab edir ki,qərar tam olaraq əsassızdır.İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada şikayət vermiş şəxsə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.Şikayətə şikayət vermiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət edilən səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz göndərmişdir.Etirazda göstərmişdir ki, X5 YPX inspektoru ilə dialoq zamanı "edə bilirsən hörmət et" taksiyəm lakin gördükdə ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunur dərhal mübahisə etməyə başlamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, 14 oktyabr 2024-cü il tarixində saat 13:25 radələrində “KİA SORENTO” **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azneft dairəsində dairəvi hərəkət təşkil edilmiş yolayrıcında hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin XV-ci hissəsinin tələbini pozaraq İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Yuxarıda qeyd olunanlara əsasən Çingiz Mayılovun şikayəti əsassız olduğundan təmin edilmədən xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsin xahiş edir. Qeyd olunandarı nəzərə alıb,şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Şikayəti və işə əlavə edilmiş materialları nəzərdən keçirdərək hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Qeyd olunur ki,inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən şikayətdə qeyd olunan xüsusatların dəqiqləşdirilməsi mümkün olmamışdır. Bakı şəhər BPİ X10 İdarəsindən inzibati xəta hadisəsinin baş verdiyi yerin video müşahidə kameraları vasitəsilə ilə qeydə alınan görüntülərin və X2 müraciəti əsasında toplanmış materialların məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq məhkəməyə tələb edilən sübutlar təqdim olunmamış,yalnız X5 ilə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs arasında olan danışıqların videogörüntüsü təqdim edilmişdir.Həmin videogörüntüdə isə X2 avtomobildə əyləşmiş formada əlində bir sənəd tutaraq «edə bilirsən hörmət et,taksiyəm» sözlərini işlətməsi, polis əməkdaşı tərəfindən ona videogörüntü göstərildikdən sonra mübahisə yarandığı görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir,onun təqsiri İXM-də nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlarla (sübutların məcmusu ilə ) müəyyən edilir.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən videoyazı işin düzgün həlli üçün vacib olan faktiki məlumat verən bir sübut növüdür,onun saxlanma müddəti qanunla müəyyən edilmişdir.Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edirəm ki,inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, səlahiyyətli orqan onun təqsirini müəyyən edən sübutları təqdim etməyə borcludur,belə ki,inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir.Hazırki iş üzrə inzibati xətanı təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın əsaslı və qanuni sayılması mümkün görünmür.Ona görə də hesab edirəm ki, şikayət inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi hissədə əsaslıdır. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi hissədə hesab edirəm ki,şikayət əsassızdır və təmin edilməməlidir.Belə ki,İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Beləliklə hesab edirəm ki, X5 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam olaraq araşdırılmamış,inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan şikayət qismən təmin edilməli, X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər BPİ X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər BPİ X10 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X10 İdarəsi tərəfindən X5 barəsində İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin X10 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-910/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-910/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver