Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-911/2024 04.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Göyçay rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində tərtib edilmiş 04 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola görə o,xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 140 manat cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Göyçay Rayon Məhkəməsinin 2(046)-1016/2021 saylı, 05 iyul 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1016/2021 saylı, 05 iyul 2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Əvvəlki illər üçün aliment borcunu ödəmiş,pulu tələbkarın kartına yükləmişdir.Pulun vurulmasını təsdiq edən sənədi almaq üçün ərizə ilə müraciət etmiş,lakin bu vaxtadək cavab almamışdır.Cari il üçün isə onun hesablamalarına görə 800 manat aliment borcu var.Onunda yarısı hazırda ödəyə bilər.Gələn ay üçün aliment borcunu tam ödəyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ona 3760 manat aliment borcu vardır. Aliment borcu onun bank kartına ödənilir,həmin karta isə ticarət ilə məşğul olduğuna görə müştəriləri tərəfindən ödənişlər də edilir.Ona görə də karta vurulan vəsaitlər qarışmasın deyə,sırf aliment ödənişləri üçün başqa bir bank kartı açacaqdır ki,ora da borclu tərəfindən ödənişlər edilsin.Təqdim edilmiş qəbzlərə görə borclunun ona cari il üçün 700 manat aliment borcu vardır,onun da yarısını hal-hazırda ödəmişdir.Qalan hissədə aliment borcunu yaxın müddətdə ödəməyi borclu vəd vermişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1016/2021 saylı, 05 iyul 2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 140 manat cəmi 280 manat sabit pul məbləğində aliment Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Şəxs aliment borcundan hissəhissə ödənişlər etmişdir. Alimenti hər ay natamam olaraq ödəmişdir. Banka sorcu ilə müraciət edilmişdir ödənişlərlə bağlı bank məlumatları verilsin,lakin bank məlumatlarının verilməsindən imtina edilmişdir.Tələbkara təklif edilmişdir ki,bank hesabından çıxarış təqdim etsin ki,ödənişləri müəyyən etmək mümkün olsun.Lakin tələbkar belə bir məlumatların verilməsindən imtina etmişdir,bildirmişdir ki,həmin karta digər əməliyyatlarla bağlı pul vəsaiti vurulur.Ona görə də aliment borcunu dəqiq müəyyən etmək mümkün olmamış,tələbkarın verdiyi məlumat əsasında müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-1016/2021 saylı, 05 iyul 2021-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, o,Göyçay Rayon Məhkəməsinin 2(046)-1016/2021 saylı, 05 iyul 2021-ci il tarixli icra sənədi üzrə son üç ayda 800 manat ödəniş etməsini,onun hazırda 800 manat aliment borcunun olması,yaxın müddətdə tamamilə borcunu ödəyəcəyini göstərmişdir. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tərtib edilmiş 10 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Göyçay rayon İcra və Probasiya şöbəsinə qaytarılmışdır. İş materiallarına əlavə qəbzlərin surətlərindən görünür ki,xx.xx.2024-cü il tarixdə 400 manat,xx.xx.2024-cü il tarixdə 300 manat,xx.xx.2024-cü il tarixdə 300 manat,xx.xx.2024-cü il tarixdə 300 manat,xx.xx.2024-cü il tarixdə 300 manat,xx.xx.2024cü il tarixdə 200 manat,xx.xx.2024-cü il tarixdə 300 manat məbləğində ödənişlər edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1016/2021 saylı, 05 iyul 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs aliment borcundan 340 manat tələbkar Zərərçəkmiş şəxs ödəniş etmişdir. Proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, borclu Şəxs tərəfindən Göyçay Rayon Məhkəməsinin 2(046)-1016/2021 saylı, 05 iyul 2021-ci il tarixli icra sənədi üzrə tələbin icrası üçün vaxtaşırı ödənişlər edilmiş,cari ilin əvvəlindən başlayaraq cəmi 2100 manat,məhkəmə iclasında isə 340 manat ödəniş edilmişdir. Əvvəlki dövr üçün aliment borcunun nə qədər olması tərəflərin təqdim etdiyi bank məlumatları əsasında müəyyən edilə bilər. Qeyd olunanlar isə borclu Şəxs tərəfindən Göyçay Rayon Məhkəməsinin 2(046)- 1016/2021 saylı, 05 iyul 2021-ci il tarixli icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi barədə nəticəyə gəlmək üçün əsaslar yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 114, 115, 117, 128- 130-cu maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-911/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-911/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver