Məhkəmə qərarları › İş №3(046)-921/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-921/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-921/2024 14.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X6, Zərərçəkmiş şəxs nümayəndəsi X1, Müdafiəçi Göyçay rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Ümid Əkbərov küçəsi 243-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs müvəqqəti təminat tədbiri kimi övladları xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək 4 saat müddətində ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi və uşaqlarla ünsiyyətdə maneələrin törədilməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs və digər şəxslərə qadağan edilməsi,Şəxs üzərinə uşaqları ilə görüş müddəti bitdikdən sonra xx.xx.2018-ci il təvəllüdlü X2 Zərərçəkmiş şəxs qaytarılması öhdəliyinin qoyulmasına baxmayaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-507/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 14 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin,zərərçəkmiş şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 507/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən övladları xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək 4 saat müddətində ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi və uşaqlarla ünsiyyətdə maneələrin törədilməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs və digər şəxslərə qadağan edilmişdir.14 noyabr 2024-cü ildə uşaqları ilə ünsiyyətdə olması üçün Göyçay şəhərinə gəlmiş, xx.xx.2014-cü il təvəllüdlü X12 onunla ünsiyyətdə olmasından imtina etmiş,ona görə də yalnız xx.xx.2018-ci il təvəllüdlü X9 ilə müəyyən edilmiş vaxt ərzində ünsiyyətdə ola bilmişdir.Ünsiyyət müddəti bitdikdən sonra Emilia Məcidzadəni anasına qaytarmaq istədikdə öyrənmişdir ki,uşağın anası xarici ölkədədir.Uşağın anası xarici ölkədə olduğundan başqa şəxslərə vermək istəməmiş, Emiliya Məcidzadəni qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X10 izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır,hazırda o Almaniya Federativ Respublikasındadır.Belə ki,Zərərçəkmiş şəxs Emil Muradovla ailə qurandan sonra xeyli müddət Almaniya Federativ Respublikasında yaşamışlar, xx.xx.2014-cü il təvəllüdlü X12 orada orta məktəbdə təhsil alır.Zərərçəkmiş şəxs ilə Emil Muradovun ailə münasibətləri pozulduğundan onlar uşaqları ilə birlikdə Azərbaycana qayıtmışlar.Hal-hazırda onlar nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 507/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək 4 saat müddətində ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi və uşaqlarla ünsiyyətdə maneələrin törədilməsi Zərərçəkmiş şəxs və digər şəxslərə qadağan edilməsi,Şəxs isə üzərinə uşaqları ilə görüş müddəti bitdikdən sonra xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 Zərərçəkmiş şəxs qaytarılması öhdəliyinin qoyulmasına baxmayaraq Şəxs kiçik qızı Emilia Məcidzadə ilə 14 noyabr 2024-cü ildə ünsiyyətdə olduqdan sonra uşağı qaytarmaqdan imtina etmiş,bəhanə kimi uşağın anasının Almaniyada olmasını göstərmişdir.Halbuki Zərərçəkmiş şəxs Almaniyada olan işi ilə əlaqədar təcili olaraq ora qayıtmalı olduğundan,ona 07 noyabr 2024-cü ildə etibarnamə vermişdir. Məhkəmə iclasında inzibati xəta protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-507/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar 14 noyabr 2024-cü ildə xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə ataları Şəxs görüşü təşkil edilmişdir. xx.xx.2014-cü il təvəllüdlü X12 atası ilə görüşməkdən imtina etmiş, xx.xx.2018-ci il təvəllüdlü X9 ilə isə saat 12.00-dan saat 16.00dək görüş təşkil edilmişdir.Həmin müddət başa çatdıqdan sonra Şəxs uşağın anasının harada olmasını ondan soruşmuş,lakin dəqiq məlumatı olmadığına görə məlumat verə bilməmişdir.Belə ki,atası ilə görüşmək üçün uşağı gətirən Zərərçəkmiş şəxs nümayəndəsi X10 olmuş,səlahiyyətini təsdiq edən etibarnamə təqdim edilmişdir. Şəxs Zərərçəkmiş şəxs hazırda Almaniyada olmasını öyrənəndən sonra övladı Emilia Məcidzadəni qaytarmaqdan imtina etmiş,anası gələndən sonra uşağı qaytaracağını bildirmişdir.Ona Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-507/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədində uşağı ilə ünsiyyət müddəti başa çatandan sonra uşağı qaytarmaq öhdəliyinin üzərinə qoyulması nəzərinə çatdırılsa da,Şəxs onun qanuni tələblərini icra etməkdən imtina etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-507/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-507/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki,ərizənin qismən təmin edilməsi, müsəqqəti təminat tədbiri kimi ilk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Şəxs müvəqqəti olaraq övladları-xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək 4 saat müddətində ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi,uşaqlarla ünsiyyətə maneələrin törədilməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs və digər şəxslərə qadağan edilməsi,Şəxs üzərinə uşaqları ilə görüş müddəti bitdikdən sonra xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 ilk iddia üzrə iddiaçı ,qarşılıqlı iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs qaytarılması öhdəliyi qoyulmuşdur. Proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə təqsirli bilinməlidir. Belə ki,«İcra haqqında « Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-in 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin faktiki hallarından və inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-507/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Zərərçəkmiş şəxs üzərinə Şəxs müvəqqəti olaraq övladları-xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək 4 saat müddətində ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi ilə əlaqədar olaraq uşaqlarla ünsiyyətə maneələrin törədilməsinin qadağan edilməsi,X4 üzərinə isə görüş müddəti bitdikdən sonra xx.xx.2014cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 Zərərçəkmiş şəxs qaytarılması öhdəliyi qoyulmuşdur.Beləliklə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-507/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə X11 həm tələbkar,həm də borclu qismində çıxış etmiş,lakin icra sənədi üzrə borclu olaraq X11 ünsiyyət müddəti bitdikdən sonra xx.xx.2018ci il təvəllüdlü X2 qaytarılması barədə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən,onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunanları nəzərə alıb,hesab edirəm ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 507/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun ünsiyyət müddəti bitdikdən sonra xx.xx.2018ci il təvəllüdlü X5 qaytarmaq barədə qanuni tələblərini yerinə yetirməməsi üzürsüz səbəbdən baş vermiş,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək,barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə cərimə növundə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə xidmət etmədiyindən barəsində müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 14 noyabr 2024-cü il tarixdən saat 17:45-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar