Məhkəmə qərarları › İş №3(046)-932/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-932/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-932/2024 28.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, X1 haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 05 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə tərtib edilmiş 29 iyun 2024-cü il tarixli, EQ 22047032 nömrəli inzibati xəta haqqında elektron qərara əsasən 10 (on) manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, X3 oğlu cəriməni ödəməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AsanPay internet portalından çıxarışın surətindən görünür ki, X3 oğlu 29 iyun 2024-cü il tarixli, EQ 22047032 nömrəli inzibati xəta haqqında qərar üzrə təyin edilmiş cəriməni və dəbbə pulunu tam olaraq ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs X1 cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq, Göyçay rayon Polis Şöbəsi tərəfindən X3 barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun mənasından göründüyü kimi X3 barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə tərtib edilmiş 29 iyun 2024-cü il tarixli, EQ 22047032 nömrəli inzibati xəta haqqında qərar üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu ödədiyindən, Göyçay rayon Polis Şöbəsi tərəfindən X3 barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar