Məhkəmə qərarları › İş №3(046)-94/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-94/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-94/2023 30.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Göyçay rayonu Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çayarxı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Göyçay şəhəri Natəvan küçəsində YPX-nin əməkdaşı polis baş leytenantı X3 qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Göyçay şəhəri Natəvan küçəsində özünə məxsus Mercedens Benz markal **-KZ-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün oğlu Elmirə vermiş, lakin Elmir həmin maşını 5-10 metr məsafədə idarə etmiş, magistral yola çıxmamışdır. Bu zaman YPX-nin əməkdaşları avtomobilə yaxınlaşmış, YPX-nin əməkdaşı avtomobili uşağın idarə etdiyini, buna görə də ona protokol tərtib edəcəyini bildirmiş, polis əməkdaşına oğlunun sadəcə avtomobildə əyləşdiyini, avtomobili idarə etmədiyini, buna görə də protokol tərtib etməyinin qanunsuz olduğunu bildirmişdir. Həmin vaxt onu zorla Göyçay rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona zor tətbiq etmişlər. Hesab edir ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin DYPB-nin polis baş leytenantə X5 izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə digər polis əməkdaşı Cəlal Teymurovla xidmətdə olarkən, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Göyçay şəhəri Natəvan küçəsində Mercedens Benz markal **-KZ-*** dövlət nömrə nişanlı avtomobili azyaşlı uşağın idarə etdiyini görmüş, avtomobilə yaxınlaşmışdır. Həmin vaxt Şəxs ona yaxınlaşaraq, sükan arxasında oğlunun əyləşdiyini, avtomobili sadəcə olaraq onun göstərişi ilə 10 metr idarə etdiyini bildirmişdir. Şəxs azyaşlı oğlunun avtomobili idarə etdiyinə görə ona protokol tərtib edəcəyini bildirmiş, həmin vaxt Şəxs onun və digər polis əməkdaşı Cəlal Teymurovun ünvanına nalayiq ifadələr işlətmiş, qanuni tələblərinə tabe olmamışdır. Daha sonra PPX-nin əməkdaşlarını hadisə yerinə çağırmış, Şəxs polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona qarşı heç bir zorakı hərəkətlər olmamışdır. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 14:35-də inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, Şəxs istifadəsində olan Mercedens Benz markal **-KZ-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Göyçay şəhəri Natəvan küçəsində idarə etmək üçün azyaşlı uşağına vermiş, həmin vaxt barəsində protokol tərtib etmək istəyən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onlara qarşı nalayiq ifadələr işldərək müqavimət göstərmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs və 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. X1 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 02 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 14:35-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. 02 saata görə hesablanmış 12 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar