Məhkəmə qərarları › İş №3(046)-94/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-94/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-94/2025 24.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə xx xxxxx 1969-cu ildə Göyçay rayonu, Çərəkə kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Göyçay rayonu, Çərəkə kəndində ünvansız nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları Göyçay rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkiləri X5, X6 və NMQnun əməliyyat müvəkkili Şahid qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X7 izahat verərək bildirdi ki, əməliyyat-istintaq qrupunda xidmətdə olduğu vaxt NMQ-nun əməliyyat müvəkkili Şahid raportla rayon polis şöbəsinin rəisinə müraciət edərək, xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində əməliyyat müvəkilləri Əhməd Mahmudov və Kamran Talıbovla birlikdə Göyçay rayonu Çərəkə kəndi ərazisində xidmətdə olarkən Şəxs kənd ərazisində ucadan ünvansız nalayiq ifadələr işlətdiyini, ona yaxınlaşaraq özlərini təqdim edərək törətdiyi inzibati xəta pozuntusunu izah edən zaman Şəxs insanların fikrini qərəzli şəkildə özünə cəlb edərək öz hərəkətlərini davam etdirtdiyini, onu sakitləşdirmək istəyərək nizamintizama dəvət polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları Şəxs barəsində qanuni tədbirlər görülməsi üçün rayon polis şöbəsinə gətirmiş, onun barəsində qanuni inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmış, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf etməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində evində olarkən yemək yiyib az miqdarda spirtli içki qəbul edərək yaşadığı evin qarşısında küçəyə çıxmış, orada olarkən “Vaz 2106” markalı avtomobil ilə iki nəfər şəxs yaxınlaşaraq ondan “sizin kəndinizdə Zümrüd adlı şəxsin ölübölməməsi ilə bağlı məlumatın yoxdur” deyə soruşduqda, o Zümrüd ilə maraqlanmadığını, Zümrüdün yaşadığı ev onun yaşadığı evdən 4 km kənarda kəndin girişində olduğunu bildirmişdir. Həmin vaxt polis əməkdaşlarına “siz axtarışdansınız ya Göyçay rayon polis şöbəsinin əməkdaşlarısınız” deyə soruşduqda polis əməkdaşları ona “mən sizdən soruşdum ki, Zümrüdlə bağlı məlumatın varmı” dedikdə o, Zümrüd ilə maraqlanmadığını demişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng vuraraq yaşadığı evin qarşısında onu narahat etdiklərini bildirmiş, yenidən 102 xidmətinə ikinci dəfə zəng vurduqda polis əməkdaşları avtomobil ilə onun yanından uzaqlaşmış, təxminən 20-25 dəqiqə keçdikdən sonra digər bir avtomobil ilə 3 nəfər Göyçay rayon polis şöbəsinin əməkdaşı ona DİN-nin 102 xidmətinə zəng etdiyini və bununla bağlı onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu bildirmiş, polis əməkdaşlarına “əgər məni polis şöbəsinə aparırsınızsa xahiş edirəm məni rəisin qəbuluna salın” deyə bildirmiş, bu zaman polis əməkdaşları onun qolundan tutmuş, həmin vaxt o, polis əməkdaşlarına qolunu buraxmasını bildirmişdir. Bildirir ki, o küçədə olarkən ünvansız nalayiq ifadələr işlətməmiş, heç kimin ünvanına söyüş söyməmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmiş, özünü müdafiə etmişdir. İnzibati xəta haqqında protokolda göstərilənlərlə bağlı özünü təqsirli hesab etmir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon polis şöbəsinin CABnin əməliyyat müvəkkili polis kapitanı X11 izahat verərək göstərmişdir ki, əməliyyat müvəkkiləri Şahid və X12 ilə birlikdə Göyçay rayonu, Çərəkə kəndində xidməti ərazidə olduqları zaman Şəxs ucadan ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Həmin vaxt avtomobili saxlayıb Şəxs yaxınlaşmışlar, onu nizam-intizama dəvət edərək ictimai yerdə söyüş söyməyin qadağan olduğunu bildirmişlər, lakin o, onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirməyə başlamışdır. Daha sonra ondan kəskin şəkildə spirtli içki iyi gəldiyini bilərək dəfələrnən onu nizam-intizama dəvət edib sakitləşdirməyə çalışmaqlarına baxmayaraq, bir nətəcəsi olmamışdır. Sonradan Şəxs avtomobilə əyləşdirilərək Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılmış, sərxoşluq tibbi müayinəsindən keçirildikdən sonra barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsi üçün raportla müraciət olunaraq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid və X12 şahid X5 izahatına uyğun eyni məzmunlu izahat vermişlər. Məhkəmə iclasında müdafiəçi X8 çıxış edərək bildirdi ki, məhkəmə iclası zamanı şahidlər yalnız Göyçay rayon polis şöbəsinin CAB-nin və NMQ-nun əməkdaşları idi. İşlə bağlı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqlarını bildirirlər. Hüquqlarını müdafiə etdiyi şəxsin ucadan söyüş söyməsini, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Hesab edir ki, İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Göyçay rayonu, Çərəkə kəndində ünvansız nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları Göyçay rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkiləri X5, X6 və NMQnun əməliyyat müvəkkili Şahid qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli, 610 nömrəli protokoldan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:35-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 19:00-da azad edilmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Göyçay rayon polis şöbəsinin məsul növbətçisi polis mayoru Zaur Cavadov rayon polis şöbəsinin rəisinə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 15:45 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə X10 zəng edərək qardaşı İntiqamın xx.xx.2023-cü il tarixdə İbrahimov Rəşad və arvadı Şəlalə tərəfindən öldürülməsi barədə Mərkəzə etdiyi müraciəti üzrə Göyçay rayon polis şöbəsində şikayəti ilə bağlı ona məlumat verilməməsinə narazılıq bildirmişdir. Şəxs təkrarən zəng edərək qeyri-etiq danışıq aparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ucadan nalayiq ifadələr işlətmədiyini və polis əməkdaşlarına qarşı nizamintizamsızlıq göstərmədiyini bildirsə də, onun izahatındakı həmin xüsusatlarla məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilmişdir. Belə olan halda məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar irəli sürdüyü dəlilləri özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulduğu 2 (iki) gün müddət inzibati həbs müddətindən çıxılmaqla nəzərə alınsın. İnzibati həbs müddətinin əvvəli 24 fevral 2025-ci il tarixdən saat 18:35-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X4 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar