Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-941/2024 03.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə xx.xx.1973-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Göyçay rayonu Məlikkənd kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta protokolı tərtib edilmişdir ondan ötrü ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan İJ K-1 markalı 16 kalibrli, 13616 nömrəli ov tüfəngini özündə saxlamış, mülki silahın qeydiyyat qaydasını pozmuşdur. Məhkəmədə izahat verən Şəxs göstərmişdir ki, Göyçay rayonu Məlikkənd kəndində atasında ona miras qalmış evdə yaşayır. İJ K-1 markalı 16 kalibrli, 13616 nömrəli təklüləli ov tüfəngi mərhum atası X3 məxsus olmuşdur. Atası 2017-cü ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ondan miras qalmış əmlakları faktiki qəbul edərək, öz mülkiyyəti kimi qoruyur. xx.xx.2024-cü il tarixdə polis şöbəsindən ona zəng gəlmiş, sənədsiz silah saxladığını bildirmişdir. Silahı sənədləşdirmək niyyəti ilə ov tüfəngini polis şöbəsinə gətirmiş, daha sonra onun barəsində inzibati icraat başlanmışdır.. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Göyçay rayonu Məlikkənd kəndində yaşayan Şəxs yaşadığı evdə Göyçay RPŞ-də qeydiyyatda olmayan İJ K-1 markalı 16 kalibrli, 13616 nömrəli ov tüfəngini saxlayır. Şəxs həmin ov tüfənginin mərhum atası X1 miras qaldığını bildirmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, İJ K-1 markalı 16 kalibrli, 13616 nömrəli ov tüfəngini hal şahidlərinin iştirakı ilə götürülərək Göyçay rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İJ K-1 markalı 16 kalibrli, 13616 nömrəli ov tüfənginin Göyçay rayon Polis Şöbəsinin odlu silahın uçotu və qeydiyyat kitabında qeydiyyatı yoxdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş 059959 saylı biletin surətindən görünür ki, , İJ K-1 markalı 16 kalibrli, 13616 nömrəli ov tüfəngi X2 adına qeydiyyatda olmuşdur. Xidməti və mülki silah haqqında qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən vətəndaş qanuni əsaslarla mülkiyyətində olan mülki silahı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını əvvəlcədən xəbərdar etməklə mülki silahı əldə etmək üçün xüsusi icazəsi olan şəxsə bağışlaya və ya vəsiyyətlə miras qoya bilər. Həmin qanunun 14-cü maddəsinin 2-ci bəndinə əsasən qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməli və ya satmalıdır. Həmin Qanunun 19-cu maddəsinin, İ hissəsinin 1-ci və 6-cı bəndinə əsasən mülki silahın sahibi öldükdə, vərəsələr tərəfindən miras əmlakla bağlı məsələlər həll edilənədək xidməti və ya mülki silah Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən geri alınır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs mərhum atası X2 vəfatından sonra miras əmlakı faktiki olaraq idarə edərək qəbul etmişdir. Lakin Göyçay rayon Polis şöbəsi X2 vəfat etməsindən nə vaxt xəbərdar olması, eyni zamanda Şəxs mirası qəbul edib-etməməsi, bu müddət ərzində vərəsələr tərəfindən miras əmlakla bağlı məsələlər həll edilənədək xidməti və ya mülki silahın səlahiyyətli orqan tərəfindən geri alınması üçün tədbirlərin görülüb-gürülməməsi barədə heç bir hüquq müəyyən edici sənədi inzibati xəta haqqında matəriala əlavə etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsini tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxsnun əməlində inzibati xəta tərkibi olmadığında barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-941/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-941/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver