Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-949/2024 21.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Göyçay RPŞ-nin inzibati binasında xidməti otaqda Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və qərara əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli fərmanının 2.5-ci bəndindən görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalara baxılması şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinlərinin və rayon məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. İş materiallarından görünür ki, inzibati xəta törətmiş şəxs hesab edilən Şəxs məsuliyyətini ağırlaşdıran halların olduğu barədə heç bir sübut müəyyən edilmədiyi halda, , Göyçay RPŞ=nin İTB-nin sahə rəisi Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbeh tədbirindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların mövcud olduğu qənaətinə gələrək, inzibati xəta materialını baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərmişdir. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, qeyd edilən qərar baxılması üçün səlahiyyətlərinə aid edilmiş Göyçay rayon polis şöbəsinə göndərilməlidir. Azərbaycan Respbulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109- 114-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-949/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-949/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver