Məhkəmə qərarları › İş №3(046)-95/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-95/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-95/2023 31.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Göyçay rayonu Kürdəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Kürdəmiş kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Göyçay şəhəri Natəvan küçəsində Göyçay RPŞ-nin nəzarət buraxılış məntəqəsində polis əməkdaşları ilə münaqişə yaradaraq, ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində dostu barəsində olan iş üzrə polis şöbəsinə getmiş, polis şöbəsinin buraxılış məntəqəsində üzəri yoxlanılarkən, polis əməkdaşlarınıa “tez üstümü yoxlayın gedim” demiş, həmin vaxt polis əməkdaşları ona səbrli ol yoxlayacağıq demiş, bundan hiddətlənərək polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri X1 izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Göyçay RPŞnin nəzarət buraxılış məntəqəsində digər polis əməkdaşı X2 ilə xidmətdə olarkən Şəxs ora yaxınlaşmış, İTB-nin rəisi Həbib Sadıqovun yanına getmək istədiyi bildirmiş, Həbib Sadıqova məlumat verildikdən sonra üzərinə dedektor vasitəsi ilə yoxlama keçirilən zaman, yoxlamaya narazılıq bildirirərək ünvanlarına nalayiq ifadələr işlətmiş, onu sakitləşdirməyə çalışan zaman qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri X2 şahid X1 ilə eyni məzmunli izahat vermişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 17:50-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə həbsdən azad edilmişdir.. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs və 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa məhkəmə, Şəxs inzibati qaydada 01 gün müddətinə tutulduğunu nəzərə alaraq, həmin müddətin ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmasını qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Şəxs 01 gün müddətinə inzibati qaydada tutulduğunu nəzərə alaraq, həmin müddətin ona təyin edilmiş 10 gün inzibati həbs müddətindən çıxılaraq, üzərində qəti olaraq 09 gün müddətinə inzibati həbs tənbeh növü saxlanılsın. Həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 14:50-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar