Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-955/2024 04.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Ucar rayonunun Alpı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonunun Qulabənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Göyçay rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Göyçay rayonu Cəyirli kəndində yerləşən çayxanada pul müqabilində domino daşları ilə qumar oynamışdır. Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Göyçay rayonu Cəyirli kəndində yerləşən çayxanada tanışı Samir ilə pul müqabilində domino daşları ilə qumar oynamışdır.. Törətdiyi əməldən peşmandır. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 13 radələrində Göyçay rayonu Cəyirli kəndində yerləşən çayxanada pulla qumar oynamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs Göyçay rayonu Cəyirli kəndində yerləşən çayxanada xx.xx.2024-cü il tarixdə saat 13 radələrində tanışı Samir ilə qumar oyununda iştirak etmiş, qumar oynayarkən stolun üzərində 11 manat məbləğində pul və 28 ədəd domino daşları olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini və törətdiyi əməli etiraf etməklə səmimi peşiman olmasını məsuliyyətini yüngülləşdirən, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan domino daşları və 11 manat pul müsadirə edilməklə cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsilə təqsirli bilinib ona 28 ədəd domino daşları və 11 manat məbləğində pul müsadirə edilməklə 3000 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-955/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-955/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver