Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-956/2024 04.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.1979-cu ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ucar rayonu Ənvər Məmmədxanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən çayxanada X5 və X1 ilə birlikdə domino oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. İnzibati xətanın baş verməsi inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı ilə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Ucar rayonu Ə.Məmmədxanlı kəndində yaşayır. xx.xx.2024cü il tarixdə, saat 13 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən çayxanada tanışı olan X5 və X1 ilə birlikdə domino oyununu pul müqabilində oynamışlar. Həmin vaxt çayxanada olan polis əməkdaşları onların qumar oynadıqlarını görüb onlara yaxınlaşmış, masanın üstündə qumara qoyulmuş 11 manat pulu və 28 ədəd domino daşlarını maddi sübut kimi götürmüşlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində digər polis əməkdaşı Kamran Talıbovla birlikdə Göyçay rayonu, Cəyirli kəndi ərazisində xidmət aparan zaman kənd ərazisində yerləşən çayxanada 3 nəfər şəxsin qumar oynadıqlarını müəyyən etmişlər. Daha sonra həmin şəxslərə yaxınlaşaraq qumar oyununa qoyulmuş 11 manat pul vəsaitini və 28 ədəd domino daşlarını götürərək 3 nəfər şəxsin barəsində qanuni tədbirlər görülməsi üçün rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində izahat vermiş X1 göstərmişdir ki, Ucar rayonu Alpı kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində tanışı olan X5 və Şəxs ilə birlikdə Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən çayxanada domino oyununu pul müqabilində oynayaraq qumar oynamışlar. Həmin vaxt çayxanada olan polis əməkdaşları onlara yaxınlaşmış, masanın üstündə qumara qoyulmuş 11 manat pulu və 28 ədəd domino daşlarını maddi sübut kimi götürmüşlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Videogörüntüdən görünür ki, 3 nəfər masa ətrafında əyləşib domino oynayırlar, onlara yaxınlaşan mülki geyimdə olan şəxslər Şəxs əlində olan pul əskinazları götürürlər. 19 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola 11 manat pul vəsaiti və 28 ədəd domino daşları əlavə edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumara qoyulmuş 11 manat pul vəsaiti və 28 ədəd domino daşları müsadirə edilməklə 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. İş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumara qoyulmuş 11 (on bir) manat pul vəsaiti və 28 (iyirmi səkkiz) ədəd domino daşları müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-956/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-956/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver