Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-958/2024 09.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : «TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İXM-nin 491.1 və 496.1-ci maddələri ilə 14000-01650/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdim edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında haqqında protokoldan görünür ki, X1 "xxxx" QSC tərəfindən, xx.xx.2024-cü il tarixli **********1302 sorğu nömrəli gömrük bəyannaməsilə 26998,96 litr denaturasiya olunmamış etil spirti müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq həmin malların rəsmiləşdirilməsi üçün X1 "xxxx" QSC tərəfindəm heç bir müraciət olmamışdır. Araşdırma zamanı məlum olmuşdur ki,X1 "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixli **********1302 sorğu nömrəli gömrük bəyannaməsilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş 26998,96 litr denaturasiya olunmamış etil spirti yükünün müvəqqəti saxlanc müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir və həmin malların rəsmiləşdirilməsi üçün X1 "xxxx" QSC tərəfindən heç bir müraciət olmamışdır. Raportun araşdırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə X1 "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə ünvan 1 ünvanında yerləşən X1 "xxxx" QSC-ə məxsus sexə baxış keçirilmişdir. Baxış zamanı müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş 26998,96 litr denaturasiya olunmamış etil spirtindən cəmi 1936 litr etil spirti qaldığı, 25062.96 litr denaturasiya olunmamış etil spirti yükünün istifadə olunduğu müəyyən olunmuşdur. Nəticədə, gömrük nəzarəti altında olan mallar ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla onlar üzərində sərəncam verilmişdir. Beləliklə, müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq X1 “AZNAR1' QSC tərəfindən həmin yükün müvəqqəti saxlanc müddətinin tələbinə əməl olunmamışdır. Həmin malların rəsmiləşdirilməsi üçün X1 “AZNAR" QSC tərəfindən müvəqqəti saxlanc müddətinin bitməsinə qədər heç bir muraciət olunmamışdır. Məhkəməyə təqdim edilmiş gömrük bəyannaməsindən görünür ki, ******* rus rublu dəyərində malı qəbul etmişir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, «TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. «TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 496.1-cü maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən bu məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqdim edilmiş materiallardan görünür ki, «TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC hüquqi şəxs hesab edilir. Məhkəmə «TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq «TEYMUR ƏHMƏDOV ADİNA "xxxx"» QSC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: «TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC-yə İXM-nin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləği olan ******* rus rublunun otuz faizi miqdarında yəni, 10194.67 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-958/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-958/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver