Məhkəmə qərarları › İş №3(046)-962/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-962/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-962/2024 02.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İnzibati xəta törətmiş Şəxs Müğamat oğlunun iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay rayon Şəkili kəndində yaşayan Şəxs Müğamat oğlu haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Müğamat oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Şəkili kəndində sərxoş vəziyyətdə valideyinlərinə məxsus evin qarşısında ünvansız söyüşlər söyərək valideyinləri ilə mübahisə etmiş, xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nalayiq söyüşlərini davam etdirmişdir. İnzibati xəta törətmiş Şəxs Müğamat oğlu izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Şəkili kəndində sərxoş olduğundan nə baş verdiyini dərk etməmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay RPŞ-nin XÜ baş inspektoru polis kapitanı Şahid1 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şəxs Müğamat oğlunun Göyçay rayonu Şəkili kəndində yerləşən fərdi yaşayış evində ucadan səs-küy salmasına barədə məlumat daxil olmuş, bundan sonra polis serjantı Şahid2la birlikdə həmin ünvana getmişlər. Həmin vaxt Şəxs Müğamat oğlunun ucadan nalayiq söyüşlər söyərək valideyinləri ilə mübahisə etdiyini görmüşlər, onu nizam-intizama dəvət edərkən onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətələrini davam etdirmiş, polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Məhkəmədə şahid qismində izahat vermiş Şahid2 Akif oğlu Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. İnzibati materiala əlavə edilmiş DVD disk görüntüsündən görünür ki, Şəxs Müğamat oğlu Tiktok sosial şəbəkəsində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. X1 Haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Müğamat oğlu xx.xx.2024-cü il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Müğamat oğlunun Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs Müğamat oğluna 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs Müğamat oğluna inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırna halın olmadığını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Müğamat oğlu Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 23:50-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar