Məhkəmə qərarları › İş №3(046)-969/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-969/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-969/2024 17.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2004-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun Ləkçıplaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə Göyçay rayon Polis şöbəsindən daxil olmuş protokol üzrə materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri Natəvan küçəsində icarə müqaviləsi əsasında idarə etdiyi Moo Naf markalı Mopedlə idarə etməni itirmiş, yolun sol hissəsindən keçən Zərərçəkmiş şəxs idarə etdiyi Ford Fusuion markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. X1 markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs özünü təqsirli biməyərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri Natəvan küçəsində icarə müqaviləsi əsasında idarə etdiyi Moo Naf markalı Mopedlə idarə etməni itirmiş, yolun sol hissəsindən keçən Zərərçəkmiş şəxs idarə etdiyi Ford Fusuion markalı **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. X1 markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri Natəvan küçəsində idarə etdiyi Ford Fusuion markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Şəxs idarə etdiyi Moo Naf markalı Mopedlə avtomobilini vurmuşdur. Baş vermiş hadisə nəticəsində avtomobilinə maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Buna görə də Şəxs şikayəti və tələbi yoxdur. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxsnın şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar