Məhkəmə qərarları › İş №3(046)-97/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-97/2024

03.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-97/2024 03.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon X9 X10 yol patrul xidməti inspektoru X1 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Göyçay rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay rayonu, Cəyirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 24 yanvar 2024-cü il tarixdə, saat 08:05-də, sərxoş vəziyyətdə idarə etdiyi «Vaz 21013» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Bərgüşad yolunun 1-ci km-də hərəkət edərkən, yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi və eyni xətanı inzibati tənbeh aldıqdan sonra tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyi məlum olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə tərtib olunmuş inzibati material, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon X9 X10 yol patrul xidməti inspektoru X3 izahat verərək bildirmişdir ki, Şəxs, 24 yanvar 2024cü il tarixdə, saat 08:05-də, idarə etdiyi «Vaz 21013» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Bərgüşad yolunun 1-ci km-də hərəkət edərkən avtomobilin arxa işıq cihazında nasazlıq olması səbəbi ilə saxlanılmış, yaxınlaşıb özünü təqdim etdikdə Şəxs spirtli içkinin iyi gəldiyi və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi məlum olmuşdur. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron portalında Şəxs 15 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və barəsində 400 manat miqdarında inzibati qaydada cərimə olunması faktı müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il keçmədən, yəni 24 yanvar 2024-cü il tarixdə təkrar törətmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib etdikdən sonra məhkəməyə gec təqdim olunmasına səbəb olaraq bildirir ki, Şəxs qaçıb gizlənmiş, dəfələrlə polis şöbəsinə dəvət olunsa da tabesizlik göstərərək gəlməkdən imtina etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, 24 yanvar 2024-cü il tarixdə, saat 08:05-də idarə etdiyi «Vaz 21013» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay- Bərgüşad yolunun 1-ci km-də hərəkət edərkən, yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş, avtomobilin arxa işıq cihazının yanmamasını bildirdikdə şübhələnərək ondan spirtli içki qəbul edib-etməməsini soruşmuş, polis əməkdaşına dünən günorta saatlarında az miqdarda spirtli içki qəbul etdiyini və hal-hazırda sərxoş olmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşı avtomobil ilə birlikdə onu rayon polis şöbəsinin duracağına aparmış, orada polis əməkdaşına içki içib-içməməsini müəyyən etmək üçün Göyçay rayon Mərkəzi Xəstəxanasında yerləşən sərxoşluğu yoxlama məntəqəsinə getməsini bildirsə də polis əməkdaşı onun sözlərinə məhəl qoymamış, sərxoşluğu alkotester vasitə ilə yoxlamışdır. Alkostesterin nəticəsi ilə razılaşmasına səbəb qorxması olmuşdur. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs 24 yanvar 2024-cü il tarixdə, saat 08:05-də, «Vaz 21013» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay-Bərgüşad yolunun 1-ci km-də sərxoş vəziyyətdə idarə etmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, Şəxs İXM-nin 329.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 400 manat məbləğində cərimə edilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəxs idarə etdiyi «Vaz 21013» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil hal şahidləri X4 və X2 iştirakı ilə xx.xx.2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə inspektoru X5 tərəfindən nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından, nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. xx.xx.2024-cü il tarixli, İN:640712 nömrəli cihaz vasitəsi ilə Şəxs alkoqolun miqdarının göstəricisi 009 promil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəlləsinin 333.2-ci maddəsi ilə yalnız o halda inzibati məsuliyyət yaranır ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edərək idarə etməsi nəticəsində inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi nəticəsində sərxoş vəziyyətdə idarə etmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsini Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon X9 X10 yol patrul xidməti inspektoru X1 inzibati xəta haqqında protokolu tərtib etdikdən sonra məhkəməyə gec təqdim olunmasına səbəb olaraq göstərdiyi xüsusatlar iş materiallarına əlavə edilməmiş və məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 333.2-ci maddəsinin tərkibi var və nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Vəkil verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 1 iş saatı müddətində hüquqi yardım üçün 6 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar