Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-98/2024 15.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X6, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli EQ/1793457 saylı, xx.xx.2023-cü il tarixli EQ/18288694 saylı, xx.xx.2023-cü il tarixli EQ/18585652 saylı və xx.xx.2023-cü il tarixli EQ 18586488 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 adından X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/1793457 saylı, 28.11,2023-cü il tarixli EQ/18288694 saylı, xx.xx.2023-cü il tarixli EQ/18585652 saylı və xx.xx.2023-cü il tarixli EQ 18586488 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini, cərimənin silinməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, guya X2 28.11,2023-cü il tarixdə saat 13:15-də Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində Mercedes Benz markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini aşmış və nəqliyyat vasitəni idarə etmək hüququ olmadan nəqliyyat vasitəni idarə etmişdir. Eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 18288694 saylı inzibati xəta haqqında qərardan görünür ki, guya X2 xx.xx.2023-cü il tarixdə saat 18:38-də Bakı şəhəri X9 küçəsində Mercedes Benz markalı, **-HC-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini aşmış və nəqliyyat vasitəni idarə etmək hüququ olmadan nəqliyyat vasitəni idarə etmişdir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023cü il tarixli EQ 18585652 saylı inzibati xəta haqqında qərardan görünür ki, guya X2 xx.xx.2023-cü il tarixdə saat 16:23-də Bakı-Qazax yolu 156.9-cu km-də Bakı istiqamətində Mercedes Benz markalı **-HO-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini aşmış və nəqliyyat vasitəni idarə etmək hüququ olmadan nəqliyyat vasitəni idarə etmişdir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023cü il tarixli EQ 18586488 saylı inzibati xəta haqqında qərardan görünür ki, guya X2 xx.xx.2023-cü il tarixdə saat 17:33-də Bakı-Qazax yolu 29.5-ci km-də Bakı istiqamətində Mercedes Benz markalı, 77- HO-619 dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini aşmış və nəqliyyat vasitəni idarə etmək hüququ olmadan nəqliyyat vasitəni idarə etmişdir. Şikayəti nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrində inzibati xətalar haqqında işlər üzrə qəbul edilmiş qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi, habelə şikayət və ya protest vermək qaydası göstərilmişdir. Hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərarlardan şikayəti X2 və ya müdafiəçisi deyil,xx.xx.2024-cü il tarixdə verilmiş etibarnaməyə istinad olunmaqla X5 vermiş,halbuki inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və zərərçəkmiş şəxsin nümayəndəsi şikayət vermək hüququna malikdirlər. Bundan başqa inzibati xəta haqqında iş üzrə icraat zamanı qəbul edilmiş qərardan şikayətin verilməsi nəzərdə tutulduğu halda,hazırki iş üzrə ayrı-ayrılıqda qəbul edilmiş 4 inzibati tənbeh vermə haqqında qərarlardan bir şikayət verilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki,şikayət buna səlahiyyəti olmayan şəxs tərəfindən inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olaraq verilmədiyindən geri qaytarılmalı, şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərardan müəyyən edilmiş qaydada şikayət vermək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Qulaməliyev Gülabbas oğlunun adından X4 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/1793457 saylı, xx.xx.2023-cü il tarixli EQ/18288694 saylı, xx.xx.2023-cü il tarixli EQ/18585652 saylı və xx.xx.2023-cü il tarixli EQ 18586488 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayət geri qaytarılsın. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-98/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-98/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver