Məhkəmə qərarları › İş №3(046)-992/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-992/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-992/2024 23.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Teymur Əhmədov adına "xxxx" QSC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə m ü ə y y ən e t d i : Teymur Əhmədov adına "xxxx" QSC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İXM-nin 485.1-ci maddəsi ilə 00100/03310/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Teymur Əhmədov adına "xxxx" QSC-nin ünvanına Cin Xalq Respublikasından HYLB80266 saylı xx.xx.2024-cü il tarixli invovs üzrə daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********9745 sorğu nömrəli xx.xx.2024-cü il gömrük bəyannaməsi ilə bəyan edilmiş “Bidonların doldurulması üçün avadanlıq” yükünün invovs dəyəri **********9745 sorqu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında 12500 (on iki min beş yüz) ABŞ dolları qöstərilsədə,**********1312 saylı qısa idxal bəyannaməsində 22-ci qrafada invovs dəyəri 8361.00 (səkkiz min üç yüz altmış bir) kimi qeyd olunmaqla və "xxxx" QSC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Nəticədə "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə təqdim edilmiş xx.xx.2024-cü il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/029787 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Tevmur Əhmədov adına "xxxx" Qapali Səhmdar Cəmiyyətinin ünvanına idxal olunan yük **********9745 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı sözügedən gömrük bəyannaməsi ilə birgə gömrük orqanına təqdim olunmuş sənədlər yoxlanılarkən gömrük bəyannaməsində göstərilən invovs dəyəri ilə qısa idxal bəyannaməsində bəyan olunan invovs dəyərində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, gömrük bəyannaməsində 22-ci qrafada invovs dəyəri 12500.00 qeyd olunsa da, **********1312 saylı qısa idxal bəyannaməsində 22-ci qrafa invovs dəyəri 8361.00 qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş materiallardan görünür ki, Teymur Əhmədov adına "xxxx" QSC hüquqi şəxs hesab edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Teymur Əhmədov adına "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Teymur Əhmədov adına "xxxx" QSC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Teymur Əhmədov adına "xxxx" QSC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Teymur Əhmədov adına "xxxx" QSC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub qərar verdi: Teymur Əhmədov adına "xxxx" QSC-yə İXM-nin 485.1-ci maddəsinə əsasən 250 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar