Məhkəmə qərarları › İş №3(046)-993/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-993/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-993/2024 09.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində acıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X1 tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-490/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 6030 manat borcunu ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, ondan tələbkar Zərərçəkmiş şəxs xeyrinə 6030 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilmişdir. Həmin puldan zərərçəkmişin xeyrinə 1430 manat ödəmişdir. Hər ay hissə-hissə borcundan ödənişlər edə bilər. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs ona olan borcundan 2016-cı il tarixdən indiyədək ödəniş etməmişdir. Buna görə də onun barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-490/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara olan borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona 1 ay müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 11:40-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar