Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-11/2024 13.02.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs-xx.xx.1978-ci ildə Laçın rayon Ərikli kəndində anadan olmuş, Azərbaycan Respublkasının vətəndaşı, orta təhsilli, ailəli, Laçın rayon Düşərgə tam orta məktəbində fəhlə işləyən, Ağcabədi rayon Taxta körpü 552 saylı qəsəbə ev 01-də yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağcabədi rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağcabədi rayon icra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1051/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 73412,68 manat məbləğində borc alınaraq tələbkar X3 və 310,24 manat məbləğində dövlət rusumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hal-hazırda icra sənədində göstərilən tələb tam təmin edilməmiş borclunun tələbkara borcu tam ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1051/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ondan 73412,68 manat məbləğində borc alınaraq tələbkar X3 və 310,24 manat məbləğində dövlət rusumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Halhazırda onun tələbkara 73412,68 manat borcu vardır. Onun hal-hazırda maddi vəziyyəti də çox ağırdır. O, həmçinin əməlindən də səmimi peşmançılıq çəkir. Lakin buna baxmayaraq onun barəsində Ağcabədi rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1051/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 73412,68 manat məbləğində borc alınaraq tələbkar X3 və 310,24 manat məbləğində dövlət rusumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hal-hazırda Şəxs tələbkara 73412,68 manat məbləğində borcu qalmış və həmin borcu ödəməkdən də boyun qaçırır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs qanuni cəza verilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X1 izahatları, iş materiallarında olan inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun maddi vəziyyətinin ağır olmasını, həmçinin əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq onun barəsində inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 13 fevral 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Zamanov X4 RPŞ-nin X5 saxlanılsın. Qərarın icrası Ağcabədi və Laçın RPŞ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-11/2024
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-11/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver