Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-111/2025 29.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Laçın rayonu Budaqdərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Laçın rayon Budaqdərə kəndində qeydiyyatda olan, Ağcabədi rayon Taxta körpü 552 saylı qəsəbə ev 261-də yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 29 aprel 2025-ci il tarixdə saat 11:25 radələrində Ağcabədi rayonu Taxta Körpü ərazisində Laçın RPŞ-də polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək izahatında göstərmişdir ki, o, Laçın RPŞ-nin İTB-də araşdırılan materialın icrası ilə əlaqədar Laçın RPŞ-nə dəvət olunmuş, xx.xx.2025-ci il tarixdə saat 11:25 radələrində Laçın RPŞ-nin inzibati binasına gəlib içəri daxil olaraq səs-küy salmış, həmkəndlisi X1 üzərinə hücum edərək onu yumuruqla vurmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşları ona öz iradlarını bildirsələr də bundan sonra polis əməkdaşları ilə aralarında anlaşılmazlıq yaranmış və o, əsəbi olduğu üçün polis əməkdaşlarına qarşı aqressiv davranmış və bununla da o, bilməyərəkdən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də onun barəsində Laçın rayon polis şöbəsi tərəfindən Azərbaycan Respubliksı İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin İTB-nin rəisi polis baş leytenantı X10 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, Şəxs Laçın RPŞ-nin İTB-də araşdırılan materialın icrası ilə əlaqədar Laçın RPŞ-nə dəvət olunmuş, o, xx.xx.2025-ci il tarixdə saat 11:25 radələrində Laçın RPŞ-nin inzibati binasına gələrək içəri daxil olmuş, uca səslə nəlaiq ifadələr işlədərək səs-küy salmış, həmkəndlisi X1 üzərinə hücum edərək onu yumuruqla vurmuş, polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmiş, onu X8, X5 və X3 və digər polis əməkdaşları dəfələrlə nizam-intizama dəvət etsələr də o, nizam-intizama qəsdən tabe olmamış, ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə polis əməkdaşlarının ünvanına nəlayiq sözlər işlətməkdə davam etmışdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin polis nəfəri, polis baş serjantı X5 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, Şəxs Laçın RPŞ-nin İTB-də araşdırılan materialın icrası ilə əlaqədar Laçın RPŞ-nə dəvət olunmuş, o, xx.xx.2025-ci il tarixdə saat 11:25 radələrində Laçın RPŞnin inzibati binasına gələrək içəri daxil olmuş, uca səslə nəlaiq ifadələr işlədərək səs-küy salmış, həmkəndlisi X1 üzərinə hücum edərək onu yumuruqla vurmuş, polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmiş, onu X8, X10 və X3 və digər polis əməkdaşları dəfələrlə nizam-intizama dəvət etsələr də o, nizam-intizama qəsdən tabe olmamış, ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə polis əməkdaşlarının ünvanına nəlayiq sözlər işlətməkdə davam etmışdir. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları, iş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Bundan əlavə, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun səmimi peşmançılığını, həmçinin ilk dəfə olaraq belə bir inzibati xəta törətməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 29 aprel 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Əhmədov X2 RPŞ-nin X7 saxlanılsın. Qərarın icrası Laçın və Ağcabədi RPŞ-lərinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-111/2025
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-111/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver