Məhkəmə qərarları › İş №3(047)-130/2024

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-130/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-130/2024 16.05.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Laçın rayon Dambulaq kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Laçın rayon Ərdəşəvi kənd orta məktəbində kitabxanaçı işləyən, Ağcabədi rayon Taxta körpü 552 saylı qəsəbə ev 130-da yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 15 may 2024-cü il tarixdə Laçin şəhərində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 18:55 radələrində Laçın şəhərinin giriş postunda yoxlama üçün saxlanılmış və sənədlərini polis əməkdaşlarına təqdim etmiş, onun sənədlərini yoxlayan polis əməkdaşları onun axtarışda olduğunu, bu səbəbdən saxlanılacağını və müfafiq orqana təhvil veriləcəyini bildirmişlər. O, bununla razılaşmayaraq saxlanıılmasının əsassız olduğunu bildirərək DİN-nin 102 xidmətinə zəng edib saxlanılmasının səbəbini öyrənməyə cəhd etmiş, bundan sonra aralarında anlaşılmazlıq yaranmış və o, polis əməkdaşlarına qarşı bilməyərəkdən az da olsa aqressiv davranmışdır. Daha sonra Laçın rayon polis şöbəsinin məsul əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmayaraq mübahisə etmiş və bununla da o, bilməyərəkdən polis işçilərinin qanuni tələblərinə tabe olmamışdır. Ona görə də onun barəsində Laçın rayon polis şöbəsi tərəfindən Azərbaycan Respubliksı İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin PPX bölüyünun komandiri polis baş leytenantı X2 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:55 radələrində Laçın şəhərinin giriş postunda yoxlama üçün saxlanılmış və sənədlərini onlara təqdim etmiş, onun sənədlərini yoxlayan zaman məlum olmuşdur ki, o, mülki qaydada axtarışdadır. Onun axtarışda olduğunu, bu səbəbdən saxlanılacağını və müfafiq orqana təhvil veriləcəyini bildirərkən o, əvəllcə ünvansız daha sonra isə polis əməkdaşlarının ünvanına tələblərinə tabe olmayaraq uca səslə nəlayiq küçə söyüşləri söyməyə başlamış, onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də o, nizam-intizama qəsdən tabe olmamış, ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə polis əməkdaşlarının ünvanına nəlayiq sözlər işlətməkdə davam etmışdır. Bundan sonra o, Laçın RPŞ-nin İTBnin baş inspektoru polis kapitanı X3 ilə telefon əlaqəsi saxlayaraq onu köməyə çağırmış və sonuncu onların yanına gəldikdən sonra da Şəxs öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin İTB-nin baş inspektoru polis kapitanı X3 izahatında göstərmişdir ki, Laçın şəhərinin girişinin postunda xidmətdə olan Laçın RPŞ-nin PPX bölüyünun komandiri polis baş leytenantı X2 ona telefonla zəng edərək posta axtarışda olan bir nəfər şəxsin saxlanıldığını və həmin şəxsin isə içtimani qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamasını bildirmiş və bundan sonra o, həmin posta gələrək vətəndaş Şəxs dəfələrlə nizam-intizama dəvət etsə də o, nizam-intizama qəsdən tabe olmamış, ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə polis əməkdaşlarının ünvanına nəlayiq sözlər işlətməkdə davam etmışdır. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Bundan başqa, iş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən saat 23:20-dən inzibati qaydada tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq belə bir inzibati xətaya yol verməsini, həmçinin səmimi peşmançılığını Azərbaycan Respubliksı İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 15 may 2024-cü il tarixdən saat 23:20-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Hətəmov X1 RPŞ-nin X4 saxlanılsın. Qərarın icrası Laçın və Ağcabədi RPŞ-lərinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar