Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-144/2023 25.10.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Laçın rayonu Vağazin kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, Ağcabədi rayon Taxta körpü qəsəbəsi Vağazin obasında yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Laçın rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 23:20 radələrində Ağcabədi rayonu Taxtakörpü ərazisində sərxoş vəziyyətdə ucadan nəlayiq söyüşlər işlədib səs-küy salaraq xırda xuliqanlıq etmişdır. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, o, 24 oktyabr 2023-cü il tarixdə saat 23:20 radələrində Ağcabədi rayon Taxta körpü qəsəbəsi H.Əliyev prospektində yerləşən yanacaq doldurma məntəqəsində sərxoş halda ucadan nəlayiq söyüşlər söyərək səs-küy salmış, sərxoş olduğu üçün orada baş verənlərdən xəbəri olmamış, və bununla da o, bilməyərəkdən xırda xuliqanlıq əməlini törətmişdir. Ona görə də onun barəsində Laçın rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkdiyini, həmçinin himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Laçın RPŞ-nin PPXB-nin tağım komandiri polis leytenantı X3 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23-20 radələrində, Ağcabədi rayon Taxta körpü qəsəbəsi Heydər Əliyev prospektində yanacaq doldurma məntəqəsində Laçın Rayon Vağazin kənd sakini kimi tanıdığı Şəxs sərxoş halda ucadan nəlayiq söyüşlər söyərək səs-küy salmış, Şəxs sərxoş olduğu üçün orada xidmət aparan Laçın rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən X1 onu qanunun tələblərinə riayət etməyə dəvət etsə də o, yenə də ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə nəlayiq sözlər işlətməkdə davam etmiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, lakin sonradan hadisə yerini tərk edərək öz evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Laçın rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən X1 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23-20 radələrində, Ağcabədi rayon Taxta körpü qəsəbəsi Heydər Əliyev prospektində yanacaq doldurma məntəqəsində Laçın Rayon Vağazin kənd sakini kimi tanıdığı Şəxs sərxoş halda ucadan nəlayiq söyüşlər söyərək səs-küy salmış, Şəxs sərxoş olduğu üçün onu qanunun tələblərinə riayət etməyə dəvət etsə də o, yenə də ətrafda olan şəxslərin eşidəcəyi səviyyədə yüksək səslə nəlayiq sözlər işlətməkdə davam etmiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, lakin sonradan hadisə yerini tərk edərək öz evinə getmişdir. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidlərin izahatları, iş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol, özünün izahatı və digər iş materialları ilə tam sübuta yetirilir. Bundan əlavə, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun səmimi peşmançılığını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respubliksı İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 106, 110, 115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 25 oktyabr 2023-cü il tarixdən saat 17:50-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Məmmədov X2 RPŞ-nin X4 saxlanılsın. Qərarın icrası Laçın və Ağcabədi RPŞ-lərinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim:Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-144/2023
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-144/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver