Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-156/2023 30.11.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsi və onun barəsində xəbərdarlıq inzibati tənbehinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 manat cərimə olunmuşdur. Lakin o, hesab edir ki, həmin qərar əsassız və qanunsuz olduğu üçün aşağıdakı səbəblərə görə dəyşdirilməli və ona xəbərdarlıq verilməlidir. Belə ki, o, xx.xx.2022-ci il tarixdən indiyə qədər Bakı şəhəri 286 nömrəli tam orta məktəbində kiçik texniki xidmətçi vəzifəsində çalışır. Aylıq məvacibi 309,81 manatdır. xx.xx.2023-cü il tarixdə məktəbin hərbi rəhbəri X4 vəziyyəti qəfildən pisləşdiyi üçün məktəbə “Təcili tibbi yardım” birqadası çağırılmış və onun xərəklə maşına aparılması zərurəti yaranmışdır. Məktəb binasının hasara çox yaxın olan hissəsini zeytun ağaclarının budaqları tutduğu üçün təcili yardım avtomobilini qapıya sürməkdən qəti surətdə imtina edilmişdir. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şirin Səfquliyev mane olan həmin iki ədəd zeytun ağacının budaqlarını kəsməyi onlara tapşırmışdır. O, maşının keçməsinə mane olan budaqları kəssə də sürücü “Təcili tibbi Yardım” maşınının cızıla biləcəyini deyərək ora sürməyə etiraz etmiş, buna görə də onlar məcbur olub ağacları təxminən 30-40 santımetr qalmaqla kəsmişlər. Bundan sonra müəllim təcili olaraq xəstəxanaya aparılmışdır. Səhəri gün Ekologiya və Təbi Sərvətlər Nazirliyinin əməkdaşı gələrək ağacların hansı səbəbdən kəsilməsi ilə maraqlanmış və biz ona vəziyyəti ətraflı izah etmişik. Lakin ağacların məktəbin birinci Qarabağ müharibəsi veteranı Mirbəyli Həsənovun həyatının xilas edilməsi üçün təxirəsalınmaz zərurətdən kəsildiyini, iki gündən sonra həmin ağacların əvəzinə iki zeytun ağacının əkildiyini, belə bir hadisənin onun tərəfindən ilk dəfə törədildiyini, onun Laçın rayonundan 30 ildən artıq müddətdə məcburi köçkün olduğunu və ayda təxminən 310 manat əmək haqqı aldığını nəzərə almayaraq idarə onun üçün çox böyük məbləğ olan 2000 manat dəyərində cərimə olunmağı barədə qərar qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsi və onun barəsində xəbərdarlıq inzibati tənbehinin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, X3 şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından və məktubdan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmiş və ona 720 manat məbləğində ziyan hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 286 nömrəli tam orta məktəbin həyətində 2 ədəd zeytun ağacını həmin məktəbin direktor müavini Ş Səfquliyevin tapşırığına əsasən 40 santimetr saxlamaq şərtilə kəsmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24.2-ci maddəsinə əsasən xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə-fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Göstərilənlərə əsasən də məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, X6 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 286 nömrəli tam orta məktəbin həyətində 2 ədəd zeytun ağacını kəsmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmiş və əlavə olaraq X5 720 manat məbləğində ziyan da hesablanmışdır. Bundan sonra X6 şikayət ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilərək barəsində xəbərdarlıq inzibati tənbehinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə xəbərdarlıq inzibati tənbeh tədbiri yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduğu hallarda tətbiq edilir, lakin X3 təqsirləndirildiyi 253.2-ci maddənin sanksiyasında xəbərdarlıq inzibati tənbeh tədbirinin tətbiq olunması isə nəzərdə tutulmamışdır. Bundan başqa X6 tərəfindən törədilmiş inzibati xəta nəticəsində vurulmuş zərərin əvəzi də tam ödənilməmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsi və onun barəsində xəbərdarlıq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə şikayətinin təmin edilməməsini qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 136.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. Göstərilənlərə əsasən, iş materiallarını araşdırıb, inzibati xətalar haqqında qanunvericiliyin norma və prinsiplərini nəzərdən keçirib, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati xətalar haqqında işlər üzrə icraat barədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olduğundan və bu sahədə hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən, şikayət təmin edilməməli, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsi və onun barəsində xəbərdarlıq inzibati tənbehinin tətbiq edilməsi barədə şikayəti rədd edilməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsi və onun barəsində xəbərdarlıq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə şikayəti rədd edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərardan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-156/2023
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-156/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver