Məhkəmə qərarları › İş №3(047)-158/2024

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-158/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-158/2024 24.07.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim vəzifəsini müvəqqəti icra edən Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 16 oktaybr 1986-cı ildə Laçın rayon Ağcakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Laçın rayon Ağcakənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə Laçın rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Laçın rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 01 iyul 2024-cü il tarixli MN № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs məxsus bir baş it 07 iyun 2024-cü il tarixdə, saat 18 radələrində Ağcabədi rayon Taxta körpü ərazisində yerləşən Ağcakənd obasında Zərərçəkmiş şəxs sağ baldır nahiyəsindən qaparaq sağlamlığına yüngül xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Hüseynov X3 rayon Taxta körpü ərazisində yerləşən Ağcakənd obasında onunla qonşu yaşayır. 07 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus iri buynuzlu heyvanlar onun və digər qonşuların həyətinə keçmişdir. Zərərçəkmiş şəxs həmin heyvanları onun həyətindən aparmış və sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs it dişləmişdir. Ona məxsus it həyətində həmişə bağlı vəziyyətdə olmuş, Ərşad heyvanları apararkən iti açmamış və ümumiyyətlə onun iti Ərşadı dişləməmişdir. Barəsində olan şikayət tam əsassızdır. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Alıyev X2 rayon Taxta körpü ərazisində yerləşən Ağcakənd obasında onunla qonşu yaşayır. 07 iyun 2024-cü il tarixdə ona məxsus iri buynuzlu heyvanlar Şəxs həyətinə keçmiş və o, heyvanları gətirmək üçün Elnurun yaşadığı evə getmişdir. Elnura məxsus itin açıq olmasını görüb Elnurla telefon əlaqəsi saxlamaq istəsə də, Elnur onun telefonuna cavab verməmişdir. Bundan sonra, Elnurun həyətinə keçərkən Elnur həyətdə olmasını görmüş, Elnurun iki baş iti ona hücum etmiş, bu zaman Elnur digər itləri də açmışdır. İtlərin onu dişləməməsi üçün Elnurun yaxınlığına getsə də, Elnur kənara çəkilmiş və bu zaman itlərdən biri onun sol baldır nahiyəsindən dişləmişdir. Elnurun bu hərəkəti nəticəsində 20 dəfə xəstəxanaya getmiş və ona ziyan dəymişdir. Hazırda ona dəymiş ziyanı tələb edir. Lakin, Şəxs cəzalandırılmasını istəmir və məhkəmədən Şəxs koməklik olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Ağcabədi rayon şöbəsinin 13 iyun 2024-cü il tarixli 354 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol baldırda əzilmiş-didilmiş yara və sol bayır topuqda qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, it tutması üçün xarakterikdir, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş 28 iyun 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Laçın rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1-ci maddəsinin dispozisiyasına görə it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni: 290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə; 290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına; 290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına; 290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; 290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə; 290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına; 290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə; 290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyrimüalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına; 290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə həmin maddələrdə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 290.3-cü maddəsinin dispozisiyasına görə bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Ağcabədi rayon şöbəsinin 13 iyun 2024-cü il tarixli 354 saylı rəyində Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət alması göstərilsə də, məhkəmə araşdırması zamanı həmin xəsarətlərin Şəxs özünə məxsus itin saxlanılması qaydalarının pozulması nəticəsində, yəni qadağan edilmiş yerlərdə saxlaması, Zərərçəkmiş şəxs üzərinə saldırılması və digər qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsi öz təsdiqini tapmamışdır. Həmçinin iş materialları ilə Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin Şəxs məxsus it tərəfindən yetirilməsi də öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkəbi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində inzibati xəta tərkibi mövcud olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar