Məhkəmə qərarları › İş №3(047)-180/2024

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-180/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-180/2024 19.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə1 və Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən daxil olmuş Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin (bundan sonra mətndə İXM) 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemində yoxlama zamanı Şəxs MMC tərəfindən X2 üçün icazə alınmış, lakin xx.xx.2024-cü il tarixdən bugünədək “ƏMAS” sistemində qüvvədə olan əmək müqavilələri olmadığı üçün İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şəxs haqqında MN ******* nömrəli, 05 iyul 2024-cü il tarixli protokol tərtib olunmuşdur. Odur ki, Şəxs MMC barəsində tərtib edilmiş protokolu qanuni və əsaslı hesab edərək Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin əmək müfəttişi X4 Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla əlaqədar olaraq qeyd edir ki, həmin protokolda adı qeyd edilmiş şəxs X2 ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmaqla ona iş üçün icazə alınmış, daha sonra həmin şəxslə Şəxs MMC arasında müvafiq qaydada bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bundan sonra inzibati xəta haqqında protokolda adı qeyd edilən X1 xidmətlərinə ehtiyac olduğu üçün həmin şəxs ilə AZ-STROY» MMC arasında xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək yenidən əmək müqaviləsi bağlanmış və müvafiq qaydada həmin şəxs işlərini yerinə yetirdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa qeyd edir ki, inzibati xəta haqqında protokolda adı qeyd edilən X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək Şəxs MMC tərəfindən hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə də cəlb edilməmişdir. Həmçinin əlavə olaraq bildirir ki, inzibati xəta haqqında protokolda adı qeyd edilən həmin şəxsin adının “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemindən çıxarılması üçün Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nə müraciət olunmuş, lakin texniki nasazlıqlar səbəbindən həmin icazələrin ləğv edilməsi mümkün olmamışdır. Beləliklə də müəyyən olunur ki, Şəxs MMC-nin hərəkətlərində hər hansı bir inzibati xəta hadisəsi mövcud olmamışdır. Ona görə də o, Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edir və bildirir ki, həmin protokola əsasən Şəxs MMC müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunarsa bu həmin MMC üçün çox böyük çətinliklər törədəcəkdir. Odur ki, qeyd edilənlərə əsasən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şəxs MMC haqqında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, onunla Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmaqla ona iş üçün icazə alınmış, daha sonra onunla Şəxs MMC arasında müvafiq qaydada bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bundan sonra onun xidmətlərinə ehtiyac olduğu üçün onunla AZ-STROY» MMC arasında xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək yenidən əmək müqaviləsi bağlanmış və müvafiq qaydada o, həmin işlərini yerinə yetirdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əlavə olaraq bildirir ki, Şəxs MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Şəxs MMC tərəfindən hər hansı bir işlərin və yaxud da xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmiş, eyni zamanda həmin müddət ərzində və xx.xx.2024-cü il tarixdən sonra o, Laçın rayonunun ərazisinə də getməmişdir. Bundan başqa bildirir ki, onun Şəxs MMC-dən hər hansı bir şikayət və tələbi də yoxdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsindən, bildirişlərdən və əmrlərdən görünür ki, X2 ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və qeyd edilən hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsindən, bildirişlərdən və əmrlərdən görünür ki, X2 ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və qeyd edilən hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən X2 üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi vasitəsilə iş icazələrinin alınmasından ötrü "xxxx" MMC-nə müraciət olunmuş, həmin şəxsə görə xx.xx.2024-cü il tarixdən icazənin alınması təmin edilmiş, daha sonra həmin şəxsə aid icazənin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixdə yenidən "xxxx" MMC-yə müraciət edilmiş, lakin texniki nasazlıqlar nəticəsində həmin icazənin ləğv edilməsi prosesi ləngimiş və vaxtında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində qeydə alınması mümkün olmamışdır. Beləliklə də məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlara əsasən belə müəyyən olunur ki, Şəxs MMC ilə X2 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmaqla ona iş üçün icazə alınmış, daha sonra həmin şəxslə Şəxs MMC arasında müvafiq qaydada bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, bundan sonra inzibati xəta haqqında protokolda adı qeyd edilən X1 xidmətlərinə ehtiyac olduğu üçün həmin şəxs ilə AZ-STROY» MMC arasında xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək yenidən əmək müqaviləsi bağlanmış, müvafiq qaydada həmin şəxs işlərini yerinə yetirdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. Bundan başqa Şəxs MMC tərəfindən "xxxx" MMC-nə əmək müqaviləsinə xitam verilmiş işçisi-X1 adına verilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində yerləşdirilmiş icazənin ləğvi barədə müvafiq qaydada müraciət olunmuş, həmin müraciət "xxxx" MMC-nə daxil olsa da, lakin texniki nasazlıqlar nəticəsində həmin icazənin ləğv edilməsi prosesi ləngimiş və vaxtında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində qeydə alınması mümkün olmamışdır. Bundan əlavə məhkəmə iclasında Şəxs MMC ilə inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxs arasında əmək müqaviləsinə xitam verildikdən sonra həmin şəxsin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə1 tərəfindən hər hansı mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında şahid qismində dindirilən inzibati xəta haqqında protokolda adı qeyd edilən X2 izahatında Şəxs MMC ilə onun arasında bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC tərəfindən hər hansı bir işlərin və yaxud da xidmətlərin yerinə yetirilməsinə cəlb edilmədiyi, həmçinin onun Şəxs MMC-dən hər hansı bir şikayət və tələbinin olmadığı da bildirilmişdir. Göstərilənlərə əsasən də məhkəmə eyni zamanda belə hesab edir ki, Şəxs MMC ilə inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxs arasında əmək müqaviləsinə xitam verildikdən sonra həmin şəxsin adına verilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində yerləşdirilmiş icazənin ləğv olunmaması qeyd edilən şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi anlamına da gəlməməlidir. Qeyd edilən bu hal isə İXM-nin 8.3cü maddəsinin tələblərinə əsasən, yəni inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməsi baxımından Şəxs MMC-nin xeyrinə şərh edilməlidir. Bütün bunlara əsasən də məhkəmə belə hesab edir ki, həm qanunun mənası baxımından, həm də işin faktiki halları baxımından Şəxs MMC-nin direktoru Hüseyn Nurullayev tərəfindən ona istinad olunan inzibati xətanı törətməsi müəyyən edilmir. X3 Xidmətinin əməkdaşı hüquqi şəxs barəsində protokol tərtib edərkən maddi hüquq normasının mənasını və mahiyyətini araşdırmadan əsassız olaraq hesab etmişdir ki, Şəxs MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilər. Göründüyü kimi Şəxs MMC-nin əməllərində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti isə hərtərfli və obyektiv araşdırma aparmadan Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bundan başqa, İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud olmamışdır. Həmçinin, İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan hallara hüquqi qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 106, 110, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar