Məhkəmə qərarları › İş №3(047)-183/2024

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-183/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-183/2024 16.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə1 və Şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən daxil olmuş Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin (bundan sonra mətndə İXM) 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemində yoxlama zamanı Şəxs ASC tərəfindən X4, X6 və X5 üçün icazələr alınmış, lakin bugünədək “ƏMAS” sistemində qüvvədə olan əmək müqavilələri olmadığı üçün İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında MN ******* nömrəli, 04 iyul 2024-cü il tarixli protokol tərtib olunmuşdur. Odur ki, Şəxs ASC barəsində tərtib edilmiş protokolu qanuni və əsaslı hesab edərək Şəxs ASC barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin əmək müffətişi X7 Şəxs ASC barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla əlaqədar olaraq qeyd edir ki, həmin protokolda adları qeyd edilmiş şəxslər X4, X6 və X5 ilə Şəxs ASC arasında müvafiq aydada əmək müqavilələri bağlanılmaqla onlara iş üçün icazələr alınmış, daha sonra həmin şəxslərlə Şəxs ASC arasında müvafiq qaydada bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Bundan sonra inzibati xəta haqqında protokolda adları qeyd edilən həmin şəxslər Şəxs ASC tərəfindən hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Həmçinin əlavə olaraq bildirir ki, inzibati xəta haqqında protokolda adları qeyd edilən həmin şəxslərin adlarının “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemindən çıxarılması üçün Şəxs ASC tərəfindən "xxxx" ASC-nə müraciət olunmuş, lakin texniki nasazlıqlar səbəbindən həmin icazələrin ləğv edilməsi mümkün olmamışdır. Beləliklə də müəyyən olunur ki, Şəxs ASC-nin hərəkətlərində hər hansı bir inzibati xəta hadisəsi mövcud olmamışdır. Ona görə də o, Şəxs ASC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edir və bildirir ki, həmin protokola əsasən Şəxs ASC müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunarsa bu həmin ASC üçün çox böyük çətinliklər törədəcəkdir. Odur ki, qeyd edilənlərə əsasən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs ASC haqqında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə iş üçün Şəxs ASC-yə müraciət etmiş, onunla Şəxs ASC arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixə kimi Şəxs ASCdə işləmiş lakin sonradan xx.xx.2024-cü il tarixdə Şəxs ASC-nin rəhbərliyinə ərizə ilə müraciət edərək işdən azad edilməsini xahiş etmiş və həmin tarixli əmr ilə o, işdən azad edilmişdir. Əlavə olaraq bildirir ki, Şəxs ASC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra o, Şəxs ASC tərəfindən hər hansı bir işlərin və yaxud da xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Bundan başqa bildirir ki, o, xx.xx.2023-cü il tarixdən Laçın şəhərinə köçərək daimi olaraq orada yaşadığına görə də ona “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemində müvafiq qaydada iki il müddətinə icazə verilmişdir. Həmçinin bildirir ki, onun Şəxs ASC-dən hər hansı bir şikayət və tələbi də yoxdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı Şəxs ASC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsindən, bildirişlərdən və əmrlərdən görünür ki, X5 ilə Şəxs ASC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və qeyd edilən hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsindən, bildirişlərdən və əmrlərdən görünür ki, X6 ilə Şəxs ASC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və qeyd edilən hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsindən, bildirişlərdən və əmrlərdən görünür ki, X4 ilə Şəxs ASC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və qeyd edilən hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Laçın RİHB-nın Laçın şəhər iəd üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə dörd nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanına köçrülmüşdür. İş materiallarına əlavə edilmiş Şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim etdiyi X1 və X3 ərizələrindən, şəkillərdən və kompakt diskdən görünür ki, X5 və X6 iş üçün Şəxs ASC-yə müraciət etmiş, onlarla Şəxs ASC arasında müvafiq qaydada əmək müqavilələri bağlanmış və bundan sonra onlar Şəxs ASC-nin fəaliyyət göstərdiyi Laçın rayonunun ərazisinə getmişlər. Lakin sonradan X6 xx.xx.2024-cü il tarixdə və X5 isə xx.xx.2024-cü il tarixdə Şəxs ASC-nin rəhbərliyinə ərizə ilə müraciət edərək işdən azad edilmələrini xahiş etmişlər və onlar ərizə ilə müraciət etdikləri vaxtdan da işdən azad edilmişlər. Əlavə olaraq ərizələrində qeyd edirlər ki, Şəxs ASC ilə onların arasında bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra onlar Şəxs ASC tərəfindən hər hansı bir işlərin və yaxud da xidmətlərin yerinə yetirilməsinə də cəlb edilməmişlər və eyni zamanda əmək müqavilələrinə xitam verildikdən sonra onlar Laçın rayonunun ərazisinə də getməmişlər. Bundan başqa bildirilər ki, onların Şəxs ASC-dən hər hansı bir şikayət və tələbləri də yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs ASC tərəfindən X4, X6 və X5 üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi vasitəsilə iş icazələrinin alınmasından ötrü "xxxx" ASC-nə müraciət olunmuş, həmin şəxslərə görə müvafiq qaydada icazələrin alınması təmin edilmiş, daha sonra hər üç şəxsə aid icazələrin ləğv edilməsi üçün müvafiq qaydada yenidən "xxxx" ASC-yə müraciət edilmiş, X4 xx.xx.2023-cü il tarixdən Laçın şəhərinə köçürüldüyündən onun portalının ləğv edilməsi mümkün olmamış, lakin digər iki şəxs üçün isə texniki nasazlıqlar nəticəsində həmin icazələrin ləğv edilməsi prosesi ləngimiş və vaxtında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində qeydə alınması mümkün olmamışdır. Beləliklə də məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlara əsasən belə müəyyən olunur ki, Şəxs ASC ilə X4, X6 və X5 arasında müvafiq qaydada əmək müqavilələri bağlanılaraq qeyd edilən şəxslər, yəni X4 xx.xx.2023-cü il, X6 xx.xx.2023-cü il və X5 isə xx.xx.2023-cü il tarixlərdə işə qəbul olunmuş, daha sonra isə həmin şəxslər ilə Şəxs ASC arasında bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə əsasən X4 barəsində xx.xx.2024-cü il, X6 barəsində xx.xx.2024-cü il və X5 barəsində isə xx.xx.2024-cü il tarixlərdə xitam verilmiş və bu hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. Bundan sonra Şəxs ASC tərəfindən "xxxx" ASC-nə əmək müqavilələrinə xitam verilmiş işçiləri-X2, X3 və X1 adlarına verilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində yerləşdirilmiş icazələrin ləğvi barədə müvafiq qaydada müraciət olunmuş, həmin müraciət "xxxx" ASC-nə daxil olsa da, X4 xx.xx.2023-cü il tarixdən daimi yaşamaq üçün Laçın şəhərinə köçürüldüyündən onun icazəsinin ləğv edilməsi mümkün olmamış, lakin digər iki şəxs üçün isə texniki nasazlıqlar nəticəsində həmin icazələrin ləğv edilməsi prosesi ləngimiş və vaxtında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində qeydə alınması baş tutmamışdır. Bundan başqa məhkəmə iclasında Şəxs ASC ilə inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslər arasında əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin Şəxs ASC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə1 tərəfindən hər hansı mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında şahid qismində dindirilən inzibati xəta haqqında protokolda adı qeyd edilən X4 məhkəmədə şahid kimi dindirilərkən verdiyi izahatında, bundan başqa Şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim etdiyi X1 və X3 ərizələrinə, şəkillərinə və kompakt diskə əsasən isə digər iki nəfər şəxsin, yəni X1 və X3 məhkəməyə ünvanladığı müraciətlərində Şəxs ASC ilə onların arasında bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra onların Şəxs ASC tərəfindən hər hansı bir işlərin və yaxud da xidmətlərin yerinə yetirilməsinə cəlb edilmədiyi, həmçinin onların Şəxs ASC-dən hər hansı bir şikayət və tələblərinin olmadığı da bildirilmişdir. Göstərilənlərə əsasən də məhkəmə eyni zamanda belə hesab edir ki, Şəxs ASC ilə inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslər arasında əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin adlarına verilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində yerləşdirilmiş icazələrin ləğv olunmaması qeyd edilən şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi anlamına da gəlməməlidir. Qeyd edilən bu hal isə İXM-nin 8.3-cü maddəsinin tələblərinə əsasən, yəni inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməsi baxımından Şəxs ASC-nin xeyrinə şərh edilməlidir. Bütün bunlara əsasən də məhkəmə belə hesab edir ki, həm qanunun mənası baxımından, həm də işin faktiki halları baxımından Şəxs ASC-nin direktoru Nəsimi Əsədov tərəfindən ona istinad olunan inzibati xətanı törətməsi müəyyən edilmir. X8 Xidmətinin əməkdaşı hüquqi şəxs barəsində protokol tərtib edərkən maddi hüquq normasının mənasını və mahiyyətini araşdırmadan əsassız olaraq hesab etmişdir ki, Şəxs ASC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilər. Göründüyü kimi Şəxs ASC-nin əməllərində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti isə hərtərfli və obyektiv araşdırma aparmadan Şəxs ASC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bundan başqa, İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin hərəkətlərində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud olmamışdır. Həmçinin, İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan hallara hüquqi qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, Şəxs ASC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 106, 110, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs ASC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar